İzahlı lüğət

BİNƏVA

sif. [fars.] Yazıq, fağır, bədbəxt, zavallı, nəsibsiz. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə, gör yenə ümmidvar olur. S.Ə.Şirvani. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Ə.Haqverdiyev. ..Uşaqlar da özlərini saxlaya bilmədilər və binəva, ölmüş ananın qəbrinə göz yaşları tökülməyə başladı. Ə.Əbülhəsən.
□ Binəva olmaq - yazıq olmaq, binəsib olmaq, bədbəxt olmaq. Sənsiz olmuşam zarü binəva; Hicr düşkünü, rindü mübtəla. Nəbati;
// İs. mənasında. Rəhm et məni-zarü binəvayə; Dərdi-dilimi yetir dəvayə. Füzuli. Sübhədək binəva çəkər zəhmət; Kəndi övladına verər rahət. M.Ə.Sabir. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan; binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BON

BU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed