İzahlı lüğət

BİRİ

əvəz. 1. Müəyyən olmayan şəxs, kim isə, bir adam. Biri irəli gəlib sual verdi. Biri varmış, biri yoxmuş... (nağıl başlanğıcı).
Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. C.Məmmədquluzadə. Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy eləmişdir, - deyə məclisdəkilərin biri o birinə pıçıldadı. Çəmənzəminli. Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox... M.İbrahimov.
□ O biri(si) - 1) bu yox, digəri, başqası. O birilərinin də qeydinə qalmaq lazımdır. O birilərinə də xəbər ver.
[Qəhrəman:] Görəsən, hansı ata öz ürəyi etibarı ilə o birisindən geniş və üstündür. S.Rəhimov; 2) ertəsi, ikinci, gələn. O biri gün. O biri dəfə. Heç biri(si) - heç bir şəxs, heç kəs. Heç biri razı deyil. - Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə.
Bir neçə və ya bir çox həmcins şeylərdən birisi. Təkli/ edilən layihələrdən biri keçdi. Bunu bəyənmirsən, o birisini götür. -Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed