İzahlı lüğət

BİRİNCİ

“Bir”dən sıra s. 1. Sifət, yaxud əvəzlik mənalarında. 1. Birinci sıra. Birinci nömrə. Birinci cild. Ayın birinci günü.
// İlk dəfə olan, əvvəlinci. [Miss Hannanm] Lavarcan yaylasındakı birinci göz yaşları nə üçün idi? M.S.Ordubadi. [Zorin] ..meşədə birinci də/ə onlarla üz-üzə gələn bu dəstənin .. qüvvətli bir bölük olduğunu öyrənə bildi. M.Hüseyn. Ömründə birinci kərə idi ki, Badam xalanın adına evə kağız gəlirdi. Mir Cəlal.
Bir neçə şeyi sadaladıqda, yaxud tutuşdurduqda, o birilərindən əvvəl adı çəkilən şeyi göstərmək üçün işlənir. Gecə işi gündüz işindən daha yorucudur, bundan əlavə birinci daha az məhsuldardır. (Qəzetlərdən).
Başqalarından qabaq, hamıdan əvvəl. Birinci kim yazıb qurtardı? Birinci mən gəldim. Bu xəbəri kim birinci eşitdi?
İlk, təzə, yeni, təzə zahir olmuş. Birinci qar. Günəşin birinci şüalarını seyr etdim. Ağacın birinci çiçəklərini dərdim.
Ən mühüm, ən vacib, əsas mənasında. Bu məsələ birinci planda durur. Birinci vəzi/əmiz budur. Orkestrdə birinci skripka.
Ən yaxşı, ən qabaqcıl, ən qabaqda gedən, üstün. Yarışda birinci yeri tutmaq. Sinifi də birinci tələbə. - Üç yüz tələbənin içində Qəhrəman birinci ad almışdı. S.Rəhimov. Hər sənəti tutursan tut, öz işində birinci ol! Mir Cəlal.
// Əla, ən yaxşı, ən gözəl, yüksək keyfiyyətli. Birinci mal. Birinci növ çay.
“Birincisi” şəklində - birinci şərt, ilk şərt. [Məmməd:] Birincisi budur ki, oğlum Rəsul üçün varlı yerdən qız alma. “Aşıq Qərib”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed