İzahlı lüğət

BİRLƏŞMƏK

f 1. Bir araya toplaşaraq, bir-birinə qarışaraq bir küll halına gəlmək. Nümayişçilər meydanda birləşəcəklər. Hissələr çayın sahilində birləşdi. Qoşunlar hücum etmək üçün birləşdilər.
İttifaq bağlamaq, həmrəy olmaq, bir araya toplaşmaq, öz qüvvələrini birləşdirmək. Bütün dünya zəhmətkeşləri sülh uğrunda mübarizə üçün birləşmişlər.
Qovuşmaq, bir-birinə qarışmaq, bitişmək. İki yolun birləşdiyi nöqtə. Körpünün sahil ilə birləşdiyi yer. Yolların birləşdiyi yerdə üç atlıya rast gəldik.
Əlaqələnmək, aralarında rabitə əmələ gəlmək, bağlanmaq.
// məc. Evlənmək, həyatlarını bir-birinə bağlamaq.
Uyğun olmaq, uyuşmaq, uyğunlaşmaq, razılaşmaq, fikrə şərik olmaq. Mübahisə edənlər bir məsələdə birləşdilər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed