BİRLİKis. 1. Bir olma, bütün olma, parçalara ayrılmama; bütövlük, müttəhidlik, bölünməzlik, vəhdət, yekparəlik. Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş. M.Rahim. Polad birliyimizi sarsıtmasın qoy bu qəm. Ə.Cəmil.
İttifaq. Buna görə də bizim birlik yaratmağımız lazımdır. M.S.Ordubadi. Əsgər, yadındadır o illər, böyük Qorki bütün dünyanı birliyə çağıraraq, bu bəlanı dəf etmək istəyirdi. Mir Cəlal. [Qoca:] Sənin kəlamına qulaq asıb mən də “qardaşlar” birliyinə qoşulmuşam. Ə.Məmmədxanlı. məc. Ünsiyyət, əlaqə. Vəhşilər ilə nədir bu birlik? İnsan ilə xoş deyilmi dirlik? Füzuli. Sıx əlaqə, həmrəylik, ümumilik, uyğunluq. Fikir birliyi. Mənafe birliyi. İş birliyi. Ortaqlıq. Ölçüsü, nömrəsi, sayı və s. bir olan. Birlik taxta. Bax birləşmə 2-ci mənada. Azərneft birliyi. Paylaşın - Hamı bilsin
|