İzahlı lüğət

BİSMİLLAH

[ər.] 1. Əsil mənası “Allahın adı ilə” olub, dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz. [Məsmə] bismillah deyib ayaq basmaq istəyirdi, yadına düşdü ki, indi Tahirzadə evdə olmaz. Mir Cəlal.
// Yeməyə dəvət. [Məmməd bəy:]
Uşaqlar, bismillah! - dedi, əlini süfrəyə uzatdı, qonaqlar da yeməyə başladılar. Çəmənzəminli. Gözlərini dolmadan çəkməmiş Məşədi Heydər daha tab gətirə bilməyib “bismillah ” deyə yeməyə təklif etdi... B.Talıblı.
məc. dan. Buyur, başla, elə, et mənasında. [Salman:] Qardaş, indi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan isə, bismillah, sözüm yoxdur. Ə.Haqverdiyev.
dan. Təəccüb bildirən nida kimi işlənir. Bismillah, belə də böhtan olar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed