BİTƏRƏF[fars. bi... və ər. tərəf] 1. sif. Heç bir tərəfin mənafeyini saxlamayan, heç birinin tərəfini saxlamayan; mübahisə və ya mübarizə edən tərəflərin heç birinə mənsub olmayan, heç bir tərəfə meyil etməyən. Bitərəf adam. - Mən heç kəsdən qorxmuram, hər kəs məni zərərsiz və bitərəf bir şəxsiyyət kimi tanıyır. M.S.Ordubadi. [Müəllim] Əsədi qorxaqlıqda müttəhim edib deyinirdi, Mahmud əmi bitərəf idi. B.Talıblı.
// hüq. Başqa dövlətlər arasında gedən mübarizədə iştirak etməyən, bitərəfliyə riayət edən. Bitərəf dövlətlər. sif. Heç bir partiyaya mənsub olmayan. Bitərəf nümayəndələr. is. dan. Partiya üzvü olmayan adam. Paylaşın - Hamı bilsin
|