İzahlı lüğət

BORAN

is. Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. - Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu. Aşıq Kərəm. Bunların [Xədicə və uşaqların] ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı. S.S.Axundov. Qabaqdan ağ geyib gəlir qara qış; İstinin soyuğu, boranı varmış. S.Vurğun.
// Boranlı hava. [Yarpız] qışın boranında çıxıb qapıda dururdu ki, Bəndalı ötəndə boyuna baxsın. Mir Cəlal.
// məc. Müsibət, fəlakət, bəla mənasında. Başından min boran keçmiş, dəyişmiş qanlı dövranlar. S.Vurğun. [Xavər] bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed