BORCis. 1. Qaytarılmaq şərti ilə birindən alman, ya birinə verilən pul və sairə; alacaq, verəcək. Borc pul verənin dili uzun olar. (Ata. sözü). [Molla Qasım:] Toyuq, ördək, qax, qoz ki vardır... Bunlardan gətirin, borclarınıza hesab edək.. S.S.Axundov.
Borc almaq - qaytarmaq şərti ilə birindən bir şey və ya pul almaq. Borc etmək - borc olaraq birindən pul və ya başqa şey almaq. [Axund:] Buna xatircəm olub min manatadək borc eləmişəm. Ə.Haqverdiyev. Borc vermək - qaytarmaq şərti ilə birinə bir şey və ya pul vermək. Borca düşmək (batmaq, girmək) - çoxlu borc etmək, ondan-bundan çoxlu borc almaq. Borca salmaq - borca düşməsinə, özündə olmadığı üçün başqasından borc almasına səbəb olmaq. Borcdan qurtarmaq (çıxmaq) - bütün borclarını verib qurtarmaq. Borcunu vermək 1) almış olduğu borcu geri qaytarmaq. [Məşədi Əsgər] xozeyindən aldığı puldan səkkiz manat iki abbası qonşu dükançının borcunu verdi. S.M.Qənizadə; 2) məc. vəzifəsini, borcunu yerinə yetirmək. Ödənilməmiş vergi və s. Vergi borcları. Vəzifə. [Süleyman bəy:] Sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Ə.Haqverdiyev. □ Borc bilmək - özünə vəzifə hesab etmək. Ancaq [Heybət] sarsılmaz bir vəziyyətdə, qarşısında duran Şamoya cavab verməyi özünə borc bildi. S.Rəhimov. Borc olmaq - vəzifə olmaq, ödəniləsi lazım gəlmək, üzərinə vəzifə qoyulmaq. Borc olsun, əvəzini çıxarıq. Haqq, minnət. O mənə çoxyaxşılıq edib, mənim ona çox borcum var. □ Borcdan çıxmaq - əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək. □□ Nə borcum(a), nə borcun(a), nə borcumuzdur (borcundur) - mənə (sənə) dəxli yoxdur, mənə (sənə) aid deyil, mənim işim (sənin işin) deyil, nə işimə (nə işinə). A qardaşlar, mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahətliyiniz əbədən yoxdur. C.Məmmədquluzadə. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum; Yağmadı yağış, bitmədi bir danə, nə borcum. M.Ə.Sabir. [Fatma xanım:] Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib. Sənin nə borcun? N.Vəzirov. \Hacı İsfahani:] Nə borcuna nə düşünürəm, sən de görüm, niyə gəlmisən? M.İbrahimov. Borcun(a), borcum(a) deyil, sənə (mənə) borc deyil - bax nə borcum(a). ..\Güləndam:] De ki, sənin borcun deyil,.. vaxtını mən özüm gələrəm, deyərəm. N.Vəzirov \Qarı:] Gec gəldim, .. birisi gün gəldim, borcuna deyil. Ə.Əbülhəsən. BORC-XƏRC is. bax borc 1-ci mənada. Aslan borc-xərc pul düzəldib \Fərhadı] Kiyevə instituta göndərdi. C.Cabbarlı. Öz borc-xərcini verəndən sonra \Qulamın] cibində dörd yüz manat dəxi qalmışdı. S.Rəhimov. □ Borc-xərc eləmək - başqasından borc almaq. Paylaşın - Hamı bilsin
|