BÖYÜKLÜK“Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. 'Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü. - Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu ilə təyin edilir. M.Hüseyn. Gördüyü sonsuz iztirablar içərisində .. [Ulduz] insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi. Ə.Məmmədxanlı.
Böyüklük etmək - 1) yol göstərmək, qayğısına qalmaq. [Mahmuda] böyüklük edən olmadı. Z.Xəlil; 2) buyurmaq, əmr etmək, göstəriş vermək. [Kərim:] Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! M.F.Axundzadə. Böyüklük satmaq təşəxxüslənmək, qürurlanmaq, kibrlənmək, lovğalanmaq, özünü böyük göstərməyə çalışmaq. Paylaşın - Hamı bilsin
|