BOYUNis. 1. Başın bədənlə birləşən hissəsi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq.
Paltarın, boğazı dövrələyən hissəsi. Paltonun boynu. Dik boyun. Köynəyin boynu dardır. Arabaya və kotana qoşulan cüt heyvan (öküz, ya kəl). Tarverdi hərəsi dörd boyun, \yəni] səkkiz öküzdən ibarət iki xış əlavə düzəldib, kövşənə saldı. S.Rəhimov. Qara kişi bir boyun öküz alıb. Ə.Əbülhəsən. Bir şeyin boyuna oxşayan hissəsi. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəblə hərəkəti, mədən qarovullarının fit səsləri.. Jenyanı düşündürürdü. M.S.Ordubadi. Dağın, qayanın və s.-nin təpəsi ilə döşü arasındakı hissə. Ortadakı təpənin boynunda çoban dayanmışdı. S.Rəhimov. Yerlik halında: boynunda, boynumda, boynumuzda və s. - üzərində, üzərimdə, üzərimizdə; öhdəsində, öhdəmdə, öhdəmizdə və s. Can qəmin çəkmiş idi, var idi boynumda həqqi. Füzuli. Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var. Q.Zakir. \Fərhad:] Əmimin mənim boynumda çox haqqı var. Ə.Haqverdiyev. // Çıxışlıq halında: boynundan, boynumdan, boynumuzdan və s. - üzərindən, üzərimdən, üzərimizdən və s. \Məhərrəm bəy:] Dərhal durub gəldim ki, o borcu \İmrana] verib atamın boynundan saqit edəm. S.S.Axundov. // Yönlük halında: boynuna, boynuma, boynumuza və s. - üzərinə, üzərimə, üzərimizə və s. \Alı:] Hörgü işləri bizim boynumuza. İ.Əfəndiyev. □□ Boynu gəlmək - boyunduruqdan boyun əti şişmək (heyvanın). Boynu(n) sınsın! qarğış, nifrin yerində işlənir. \Cənnətəli:] Baxırsanmı? Ha sizin boynunuz sınsın! N.Vəzirov. Boynuna almaq - 1) bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək. Müttəhim günahlarını boynuna aldı. Öz səhvini namusla boynuna almaq. - \Əsədin] fikrincə, Mahmud əmi xortdanı görməsə və ya görüb də boynuna almasa, daha bundan sonra bir kəs onun sözünə inanmayacaq.. Talıblı; 2) öhdəsinə götürmək, üzərinə götürmək. Niftalı bəy də boynuna aldı ki, Həcəri tutaram. “Qaçaq Nəbi”. Boynuna atılmaq - qucaqlamaq. Pəricahan xanım .. qaçaraq Əmir Aslan ağanın boynuna atılır. S.S.Axundov. Boynuna atmaq- b ax boyununa yıxmaq. [Kapitan:] Bu [şübhə] bizə haqq vermir ki, hər şeyi onun boynuna ataq. Ə.Əbülhəsən. Boynuna bağlamaq - bax boynuna qoymaq 3-cü mənada. Buna əlavə olaraq bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. M.F.Axundzadə. Boynuna çəkmək - öhdəsinə götürmək, üzərinə götürmək, razı olmaq. Usta Zeynal gəldi və boynuna çəkdi, günü iki manata Muqdusi Akopun səqfini təmir etsin. Məmmədquluzadə. Boynuna düşmək -1) üzərinə düşmək, öhdəsinə düşmək. Beləliklə, payız əkininin qalmış hissəsini başa vurmaq, tör-töküntüləri qurtarmaq Mürşüdoğlunun boynuna düşmüşdü. S.Rəhimov; acığa düşmək, tərslik etmək, inad etmək, tərsliyə başlamaq. Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüb-öldürməyə çıxardı. H.Sarabski. Boynuna götürmək - b a x boynuna çəkmək. Bir dəfə boynuma götürmüşdüm ki, mən bunu [tələbəni] ictimaiyyatdan hazırlayım. Qantəmir. Mən işi öz boynuma götürməliyəm. S.Rəhimov. Boynuna qoymaq - 1) iqrar etdirmək, etiraf etdirmək; 2) məcbur etmək, razı etmək, qəbul etdirmək. [Əmiri-topxanə:] ..Onu dəxi razı edin, boynuna qoyun. M.F.Axundzadə. [Koxa:] Mən özüm .. onların boynuna qoyaram ki, daha birdəfəlik oğurluğu tərgitsinlər. S.Rəhimov; üzərinə yükləmək, zorla qəbul etdirmək. Boynuna mindirmək - b a x başına mindirmək (“baş” sözündə). Boynuna minmək birinin üzərində tam hakim olmaq, ixtiyarını əlindən almaq. Boynuna minnət qoymaq- bax minnət qoymaq (“minnət” sözündə). Boynuna sarılmaq - bax boyııuııa atılmaq. Xala qapını açdı, məni görcək boynuma sarıldı. S.S.Axundov. [Kərim baba:] Qızımın boynuna necə sarılmışam, .. üzündən-gözündən necə öpürəm. A.Şaiq. Yarım saatdan bəri qapıda gözləyən Yeməncik nəşəli bir çığırıq ilə atasını qarşılayıb boynuna sarılır. H.Nəzərli. Boynuna təklif gəlmək - üzərinə düşmək, üzərinə vəzifə düşmək. Boynuna yıxmaq - üzərinə atmaq, isnad etmək (təqsiri, günahı). Boynuna yükləmək - 1) öhdəsinə qoymaq, üzərinə qoymaq; 2) qəbul etdirmək (işi, vəzifəni). Boynunda qalmaq - öhdəsində qalmaq, borclu olmaq. Boynunda olmaq - 1) öhdəsində olmaq, üzərində olmaq, görməli olmaq. Bu iş sənin boynunda olsaydı, çaşıb qalardın; 2) hamilə olmaq. Boynundan atmaq - rədd etmək, üzərindən atmaq, öhdəsinə götürməmək. Boynunu burmaq fağır-fağır durmaq. Əbiş qollarını açaraq Əsirgə, Kosa, balam yazıqdır, - deyib boynunu burdu. S.Rəhimov. Boynunu bükmək məhzun-məhzun, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum oturmaq. [Tubu:] Mən gedib günortayacan boynumu büküb, ağanın qapısında işimdən avara ola bilmərəm.. Ə.Haqverdiyev. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan yuxarı üzünə dikib baxırdı. A.Şaiq. Boynunu vurmaq - başını kəsməklə edam etmək; // cəza olaraq öldürmək. ..Vur boynumu, gəl, var isə günahım; Sevdiyim, bu qədər əzab istəməz. Q.Zakir. Boynunun ardını görəndə - heç vaxt, qətiyyən. Boyun əti olmaq - asılı olmaq. Boyun əymək - 1) tabe olmaq, itaət etmək. Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. M.S.Ordubadi. [Ramazan:] Gedin, həmişəki kimi öz torpağınızı əkin, biçin və heç kəsə də boyun əyməyin. B.Talıblı; 2) yalvarmaq, minnət etmək, alçalmaq. Boyun qaçırmaq - imtina etmək, qəbul etməmək, boynundan atmaq. [Hacı Qurban:] Sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçırırsan? N.Vəzirov. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən heç boyun qaçırmazlar. M.S.Ordubadi. Boyun qoymaq - razı olmaq, öhdəsinə götürmək, üzərinə almaq. Kənddən gələn yoxsullar ucuz qiymətə işləməyə boyun qoyduqlarından, zavod işçiləri sahibkardan heç bir tələb edə bilmədilər. H.Nəzərli. Boyun olmaq - söz vermək, vəd etmək. Bəyin yaxın adamlarından biri [camadar və dəlləyə] ya orada pul verərdi və ya da xələt boyun olardı. H.Sarabski. [Firidun:] Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? M.İbrahimov; 2) boynuna almaq, düzünü demək. Kəndlilər Nəbini gizlətdilər. Nəçənnik nə qədər qınadısa, boyun olmadılar. “Qaçaq Nəbi”. Boyun tutmaq - razı olmaq, qəbul etmək. Boyun vermək - razı olmaq, razılıq vermək, öhdəsinə götürmək. Boyun-boyuna durmaq (vermək) - məzlum-məzlum, yazıqyazıq durmaq (bir neçə adam haqqında). Paylaşın - Hamı bilsin
|