BOZ1sif. 1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd. - Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov. ..Boz qanqallar da çiçək açmışdır. İ.Əfəndiyev. [Mahmud:] Kəndimizin, onun boz çinarlarının, sərin bulaqlarının əvəzi varmı? Z. Xəlil.
Tutqun, dumanlı, çiskin. [Hacı Murad:] Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. N.Vəzirov. Səhərə məxsus ruzgar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını [atdı].. M.S.Ordubadi. Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz. - Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Buruqlarım hayqıraraq, nərə salır boz çöllərə. S.Vurğun. məc. dan. Utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. Boz adam. □□ Boz sifət göstərmək - üzə bozarmaq, nəzakətsizlik etmək, özünü qaba, ədəbsiz aparmaq. Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|