BULUNMAQf 1. Tapılmaq. Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən.
Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. H.Zərdabi. Əcəba, bir yeni afətmi yetib, ya nə üçün; Bulunursuz belə bir hali-fəlakətdə bu gün? M.Ə.Sabir. Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. N.Nərimanov. Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir. Axşamlar [Məşədi Məmməd] Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. B.Talıblı. Xalq adından çıxışda bulunan bu adamları Məmmədquluzadə boşboğaz adlandırırdı. M.Arif. Paylaşın - Hamı bilsin
|