CADAR-CADARsif. və zərf Çatlaq-çatlaq, yarıq-yarıq, hər tərəfi çatlamış. Ağayev zamanın məhvedici təsirindən pozulmuş, cadar-cadar olmuş divarlara bir də baxdı. M.Süleymanov. Ustaların tavanlara, divarlara çəkdikləri suvaq və rəngdən danışmağa dəyməz. Bir ay keçməmiş onların suvağı şoran torpaq kimi cadar-cadar olmuşdu. “Kirpi”.
Paylaşın - Hamı bilsin
|