İzahlı lüğət

C (ID - 5570)

Azərbaycan əlifbasının üçüncü hərfl. Bax ce.

CABƏCA (ID - 5571)

zərf [fars.] Yerbəyer, yerli-yerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi. - [Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. [Məşədi İbad:] Allaha şükür,...

CAD (ID - 5572)

is. Darı unundan bişirilən çörək. [Araz] içəri atılan kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı. Girdə quru cad çörəyi idi. A.Şaiq. Safo danışa-danışa xeyli yavaşıdı, əlini uzadıb...

CADAR (ID - 5573)

is. məh. Bataqlıq yerin quruyandan sonra çox və xırda çatlaması.

CADAR-CADAR (ID - 5574)

sif. və zərf Çatlaq-çatlaq, yarıq-yarıq, hər tərəfi çatlamış. Ağayev zamanın məhvedici təsirindən pozulmuş, cadar-cadar olmuş divarlara bir də baxdı. M.Süleymanov. Ustaların tavanlara, divarlara çəkdikləri suvaq və rəngdən...

CADARLANMA (ID - 5575)

“Cadarlanmaq”dan f.is.

CADARLANMAQ (ID - 5576)

f. Cadar-cadar olmaq, çatlamaq. Katibin gözləri qurumuş, dil-dodağı təpimiş və cadarlanmış (f.sif.) dodaqlarından qan çırtlayaraq çənəsinə qədər uzanmışdı. S.Rəhimov. Susuz torpağın dili cadarlanmışdı. Ə.Vəliyev.

CADDƏ (ID - 5577)

is. [ər.] İşlək yol, magistral yol. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım. A.Divanbəyoğlu.
// köhn. Baş küçə, prospekt. Odanın bir qapısı ilə iki pəncərəsi sağ tərəfdən caddəyə açılır....

CADU (ID - 5578)

is. [fars.] 1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə. [Xırda xanım:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görsədirsiz,...

CADUBAZ (ID - 5579)

bax cadugər.

CADUBAZLIQ (ID - 5580)

bax cadugərlik. Genə dualar, genə cadubazlıq meydana gəldi. N.Nərimanov.

CADUÇU (ID - 5581)

bax cadugər.

CADUÇULUQ (ID - 5582)

bax cadugərlik. Kahinlərin falçılığı, caduçuluğu, cindarlığı və tilsimçilik sənətləri hindulər arasında çox mütədavildir. F.Ağazadə.

CADUGƏR (ID - 5583)

is. və sif. [fars.] Cadugərliklə məşğul olan; sehrbaz, ovsunçu. [Dostəli dərvişə:] Bu sirdən heç kəs əyan ola bilmir. Hərgah sən cadugərsənsə bu sirri faş et. Ü.Hacıbəyov. Çaykovskinin “Sonalar gölü” baletinin ikinci pərdəsində...

CADUGƏRLİK (ID - 5584)

is. Ovsunçuluq, sehrbazlıq.

CADUKÜN (ID - 5585)

is. [fars.] köhn. Bax cadugər. Cadukünsən, tasa bax; Ya bu gün gəl, ya sabah. Ellər şadlıq içində; Biz keçirən yasa bax. (Bayatı).

CADULAMA (ID - 5586)

“Cadulamaq”dan f.is.

CADULAMAQ (ID - 5587)

f. Mövhumata inananların təsəvvürüncə cadu ilə öz təsiri altına almaq; ovsunlamaq.

CADU-PİTİK (ID - 5588)

bax cadu 1-ci mənada.

CAĞ (ID - 5589)

is. 1. Çəpər. Evin qabağına cağ çəkmək. - Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı. Çəmənzəminli.
2. Arabanın yan taxtaları, araba yanı. Məmmədcəfər...

CAĞILDAMA (ID - 5590)

“Cağıldamaq”dan f.is.

CAĞILDAMAQ (ID - 5591)

f. Bir-birinə dəyərək və ya ayaq altında qalaraq cağ-cağ səs çıxarmaq (xırda daşlar, tökülən qozlar haqqında).

CAĞILTI (ID - 5592)

is. Bir-birinə dəyən xırda daşlardan, qozlardan və s.-dən çıxan səs. [Adilə və İlyas] susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların...

CAĞLAMA (ID - 5593)

“Cağlamaq”dan f.is.

CAĞLAMAQ (ID - 5594)

f. Çəpər (hasar) çəkmək, çəpərləmək, hasarlamaq.

CAĞLANMA (ID - 5595)

“Cağlanmaq”dan f.is.

CAĞLANMAQ (ID - 5596)

məch. Çəpərlənmək, hasarlanmaq.

CAĞLI (ID - 5597)

sif. Cağ vurulmuş, çəpərli, hasarlı. Cağlı bağça.

CAH (ID - 5598)

is. [ər.] klas. 1. Mənsəb, məqam, rütbə. Vəfalı dostumu hər dəm anaram; Ona qurban cahım, cəlalım mənim. Aşıq Ələsgər.
2. İftixar, fəxr, hörmət. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım....

CAHAN (ID - 5599)

is. [fars.] Dünya, aləm, kainat. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Nəsimi. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.
□ Cahana gəlmək - dünyaya gəlmək, doğulmaq. Xoş...

CAHANDAR (ID - 5600)

is. [fars.] klas. Cahangir, hökmdar, padşah. Ərz elədilər ki: “Ey cahandar! Məcnundan olubmusan xəbərdar?” Füzuli.

CAHANDARLIQ (ID - 5601)

is. klas. Cahangirlik, hökmdarlıq, padşahlıq. [Yusif şahın] ..əql və fərasətindən, .. cahandarlığından elçi və əmələsi vəcd etdilər. M.F.Axundzadə. Bu əsəri “Fərhad və Şirin” sərlövhəsi altında yazmalı idim, lakin Fərhadın...

CAHANGİR (ID - 5602)

is. [fars.] 1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı. Cahangirlər bir daha güvənməsin özünə;...

CAHANGİRLİK (ID - 5603)

is. Başqa ölkələri istila etməyə çalışan, bütün dünyanı tutmaq üçün göstərilən meyil və hərəkət; imperializm. Müstəmləkə və cahangirlik arzusunda olan dövlətlər heç bir vaxt gücsüz xalqa rəhm etməyəcəklər, onun torpaqlarını...

CAHANŞÜMUL (ID - 5604)

sif. [fars. cahan və ər. şümul - şamil olan] Bütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada tanınan. Azərbaycan ədəbiyyatı XII əsrdə Nizami və Xaqani kimi cahanşümul...

CAHANŞÜMULLUQ (ID - 5605)

is. Bütün dünya üçün əhəmiyyətli olma, dünyaya yayılma, dünyada tanınma, böyük tarixi əhəmiyyəti olma.

CAH-CALAL (ID - 5606)

is. [ər.] Calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət. Keçmişdəki.. cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib.. əhvalatı necə ki var, artıq məharətlə öz dustihəqiqisi olan Mirzə...

CAH-CALALLI (ID - 5607)

sif. 1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət.
Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular. Ə.Məmmədxanlı....

CAHIL (ID - 5608)

sif. dan. [ər.] Cavan, gənc. [Qulu:] [Yusif] bəli, hələ cahıldır. Pis günlər görməyibdir. N.Nərimanov. Bu halda yanımıza bir suyuşirin, üzünurlu, cahıl gəlin gəldi, qucağında ay parçası kimi bir qız uşağı. E.Sultanov.
//...

CAHILBAŞI (ID - 5609)

is. köhn. zar. Məhəllə cahıllarına başçılıq edən, dikbaş, lovğa oğlan; ataman. Cahılbaşı yavaşıdı. - Atan oldu behiştdə, bu başqa məsələ. Ver pulu, keçi qulun olsun. S.Rəhimov.

CAHILCA (ID - 5610)

sif. Çox cahıl, cavanca.

CAHIL-CUHUL (ID - 5611)

top. dan. Cahıllar, cavanlar, cavan oğlanlar. ..Hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi.. C.Məmmədquluzadə. Ağlamaq nədir ki, hətta bəzi cahıl-cuhullar axundun bu hərəkətinə yavaşca gülürlərdi. Qantəmir. Yeyibiçən,...

CAHILLAŞDIRMA (ID - 5612)

“Cahıllaşdırmaq”dan f.is.

CAHILLAŞDIRMAQ (ID - 5613)

f Cahıl göstərmək, cavan göstərmək.

CAHILLAŞMA (ID - 5614)

“Cahıllaşmaq”dan f.is.

CAHILLAŞMAQ (ID - 5615)

f köhn. dan. Cavanlaşmaq, gəncləşmək, cavan görsənmək. [Hacı Sadıq:] Maşallah, gözüm dəyməsin, ağa gündən-günə cahıllaşır... N.Vəzirov.

CAHILLIQ (ID - 5616)

is. Cavanlıq, gənclik. Cahıllıq zamanı keçibdir əgər; Yenə yüz naxələf oğlana dəyər. Q.Zakir. [Şahnisə:] Ay qədimi, deyəsən, cahıllığın yadına düşdü. Çəmənzəminli.
□ Cahıllıq eləmək - cavan tay-tuşları ilə...

CAHİL (ID - 5617)

sif. [ər.] 1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə. (Ata. sözü). Kaş bir qətrə meyə qiymət olaydı min can; Düşməyəydi bu qədər cahilü nadan əlinə....

CAHİLANƏ (ID - 5618)

sif. və zər. [ər. cahil və fars. ...anə] Avam-avam, cahilcəsinə, avamcasına, nadancasına, anlamazcasına. Cahilanə hərəkət. - ..Biçarə qırmızısaqqallılarımız bu cahilanə təriflərə inanıb .. min-min məşəqqətləpul tapıb Hicazə...

CAHİLİYYƏ (ID - 5619)

is. [ər.] tar. Ərəblərdə müsəlmanlıqdan əvvəlki dövr. Cahiliyyə dövrünün bütləri.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed