İzahlı lüğət

CİLDLƏTMƏ (ID - 6220)

“Cildlətmək”dən f.is.

CİLDLƏTMƏK (ID - 6221)

icb. Cild çəkdirmək, cild vurdurmaq, üz çəkdirmək. Jurnalları cildlətmək. Kitabı cildlətmək.

CİLDLİ (ID - 6222)

CİLDLİK (ID - 6223)

is. Cild çəkməyə yarar. Cildlik dəri. Cildlik kordon.
// Cildlərdən ibarət, küll halında. M.Füzulinin 6 cildliyi.

CİLDSİZ (ID - 6224)

sif. Cildi olmayan, cild çəkilməmiş. Cildsiz jurnal. - Pəncərədən külək əsir, cildsiz kitabın cırıq vərəqini tərpədirdi. Ə.Vəliyev.

CİLET (ID - 6225)

bax jilet. Tacir Əli qara pencəyinin ətəyini açdı, ciletinin cibindən .. iri cib saatını çıxardı. M.İbrahimov.

CİLİK-CİLİK (ID - 6226)

cilik-cilik olmaq - ciliklənmək, tikə-tikə olmaq, parça-parça olmaq, qəlpə-qəlpə olmaq, sınıq-sınıq olmaq. Stəkan yerə düşüb cilik-cilik oldu. - Lap yaxında pəncərələrdən birinin qapağı açılıb taqqıldadı, şüşələr asfalta...

CİLİKLƏNMƏ (ID - 6227)

“Ciliklənmək”dən f.is.

CİLİKLƏNMƏK (ID - 6228)

f Cilik-cilik olmaq, tikətikə olmaq, parça-parça olmaq, qəlpələnmək. Şüşə daşa dəyib cilikləndi. B.Bayramov.

CİLLİK (ID - 6229)

b ax cıglıq. At cilliyə girmiş kimi ayağını qoyub götürdükcə bataq səslənirdi. Mir Cəlal.

CİLOV (ID - 6230)

is. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın cilovundan yapışmaq. - [Yusif Sərrac] oturub, əlindəki cilovu tikib,...

CİLOVDAR (ID - 6231)

is. 1. Qabaqda gedən atın cilovundan tutub çəkən adam. Vaqif cilovdarları, zinpuşçuları və yanınca götürdüyü Səfəri atların yanında qoydu. Çəmənzəminli.
2. məc. Öncül, öndə gedən. Karvanın cilovdarı.

CİLOVLAMA (ID - 6232)

“Cilovlamaq”dan f.is.

CİLOVLAMAQ (ID - 6233)

f Başına cilov keçirmək, yüyənləmək. Atı cilovlamaq. - Atını minən cilovlar. (Ata. sözü). Vəzirlə vəkil sarısaç adamın atını cilovlayıb saxladı. Ə.Vəliyev.
// məc. Saxlamaq, yığışdırmaq, boğmaq, əl-qol açmağa qoymamaq....

CİLOVLANMA (ID - 6234)

“Cilovlanmaq”dan f.is.

CİLOVLANMAQ (ID - 6235)

məc. Başına cilov keçirilmək (taxılmaq).
// məc. Qabağı, qarşısı alınmaq.

CİLOVLU (ID - 6236)

sif. Başına cilov vurulmuş, cilovu olan. Cilovlu at.

CİLOVSUZ (ID - 6237)

sif. Başına cilov vurulmamış, cilovu olmayan.
// məc. Ram olmayan, ipə yatmayan, azğın. Məndə nə iradə, nə ixtiyar var; Xəyalım cilovsuz bir dəli ruzgar. S.Vurğun.

CİLVƏ (ID - 6238)

is. [ər.] Dilbərcəsinə hərəkət, naz, qəmzə, işvə; hərəkətdə, davranışda, danışıqda incəlik, zəriflik, gözəllik, lətafət. Sığallama hərdəm tərlan quş kimi; Tamam sümüyündə cilvə gərəkdir. M.P.Vaqif. [Xəyyam:] Gəl,...

CİLVƏKAR (ID - 6239)

[ər. cilvə və fars. ...kar] klas. bax cilvəli.

CİLVƏKARLIQ (ID - 6240)

is. İşvəkarlıq, nazlılıq, qəmzəlilik, nazəninlik; nazsatına.

CİLVƏLƏNMƏ (ID - 6241)

“Cilvələnmək”dən f.is.

CİLVƏLƏNMƏK (ID - 6242)

f Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər ..Xanım rübəndi və çarşabı...

CİLVƏLİ (ID - 6243)

sif. Nazlı, qəmzəli, işvəli, dilbər, nazənin. Cilvəli qız. Cilvəli qadın.
// Məc. mənada təşbehlərdə. [Dərviş:] Qoca kişi özü cilvəli oğlan kimi tərpənib, alaçıqdan tüfəngi gətirdi.. A.Divanbəyoğlu. Cilvəli tərlanım,...

CİM (ID - 6244)

is. [ər.] Ərəb əlifbasında “C” şəklində yazılan hərfin adı.
□□ “Cim”in yanına “rey” qoymaq zar.
qaçmaq, dabanına tüpürmək, daban almaq.

CİN1 (ID - 6245)

is. 1. [ər.] Nağıllara və bəzi inanclara görə gözə görünməyən varlıq mövhumi bir məxluq. Cini tutub evdə işlədirmişlər. Cin hər işi tərsinə eləyirmiş.. Cin hər gün yalvararmış ki, üstündəki iynəyi çıxartsınlar. Çünki...

CİN2 (ID - 6246)

is. [ing.] Giləmeyvələrdən çəkilmiş ingilis arağı.

CİNAH (ID - 6247)

is. [ər.] Tərəf, qol (orduda). Sol cinah. - Piyadalar səf çəkib, tutub sağ-sol cinahı. R.Rza. Bunsuz da sağ cinahda batalyonun üçüncü bölüyü düşmənlə şiddətlə çarpışmaqda idi. Ə.Əbülhəsən. Bölük düşmənin sağ cinahı...

CİNAS (ID - 6248)

is. [ər.] ədəb. Tələffüzcə bir-birinə yaxın, mənaca müxtəlif sözlər. M.P.Vaqifin cinasları.

CİNAYƏT (ID - 6249)

is. [ər.] 1. Mövcud quruluşa qarşı yönəldilmiş və ya mövcud hüquq qanun və qaydalarını pozan ictimai baxımdan təhlükəli hərəkət; suç. Cavahir xanımı adam öldürmək kimi böyük bir cinayətə vadar edən nə idi? T.Ş.Simurq....

CİNAYƏTKAR (ID - 6250)

is. [ər. cinayət və fars. ...kar] Cinayət edən, cinayət törədən adam; suçlu. Bu müqəddəs arzulara hər xor baxan cinayətkar; Anaların üsyanilə yerə düşüb olacaq xar. N.Rəfibəyli. Teymur bu cinayətkarlar dəstəsini qolbudaqlı...

CİNAYƏTKARANƏ (ID - 6251)

bax cinayətkarca(sına).

CİNAYƏTKARCA(SINA) (ID - 6252)

zərf Cinayətkar kimi, cinayətkarlıqla, canicəsinə. Cinayətkarcasına hərəkət.

CİNAYƏTKARLIQ (ID - 6253)

is. Cinayət mahiyyətində olan, cinayət xarakteri daşıyan hərəkət, iş. Pərzad cinayətkarlığını anladığından sonra orada, o kimsəsiz damda qalmayacaqdır. Mir Cəlal.

CİNAYƏTLİ (ID - 6254)

sif. Əsasında cinayət olan, cinayət məqsədilə olan. Cinayətli qəsd.

CİNBAZ (ID - 6255)

CİNBAZLIQ (ID - 6256)

bax cindarlıq.

CİNCİLİM (ID - 6257)

is. bot. Nəm yerlərdə bitən, yatıq gövdəli, xırda güllü yeyilən ot bitkisi. Cincilim qutabı. - Qızlar meşənin ətrafındakı göy çəmənliyi gəzdilər, dolandılar, cincilim, qazayağı yığıb ocaq qaladılar, oturdular, yedilər,...

CİNDAR (ID - 6258)

is. [ər. cin və fars. ..dar] köhn. Cinləri guya özünə tabe etməklə onların zərərini aradan qaldıra bilən adam. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad; Təyin elə cindarı ki, etsin ona imdad. Ta dəyməyə...

CİNDARLIQ (ID - 6259)

is. köhn. Cindarın işi, peşəsi.

CİNG1 (ID - 6260)

təql. Mis, dəmir, şüşə kimi şeylərin başqa bir şeyə və ya bir-birinə toxunmasından hasil olan spesifik səs.
□ Cing-cing cingildəmək - arasıkəsilmədən cingilti səsi çıxartmaq. [Həpir] .. hərdən elə qışqırır ki, evin...

CİNG2 (ID - 6261)

is. zool. Sərçədən kiçik, çölbülbülü cinsindən quş.

CİNGƏNƏ (ID - 6262)

sifi. Xırdaca, balaca. Cingənə qız.

CİNGİLDƏMƏ (ID - 6263)

“Cingildəmək”dən f.is.

CİNGİLDƏMƏK (ID - 6264)

f. Cingiltili səs çıxarmaq, cingilti çıxarmaq. Tas ya düşdü, ya cingildədi. (Məsəl). Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. Çəmənzəminli. Nəhayət, ümumi sükut içində qazanın mis səsi cingildədi. T.Ş.Simurq....

CİNGİLDƏTMƏ (ID - 6265)

“Cingildətmək”dən f.is.

CİNGİLDƏTMƏK (ID - 6266)

f Şüşə, mis, metal və bu kimi şeyləri toxundurmaqla cingilti səsi çıxarmaq. [Aslan] orağı bir neçə dəfə cingildətdikdən sonra qara keçədən tikilmiş oraq qabına qoyub sarıdı. Ə.Vəliyev. Sultan və Səməd qədəhləri cingildədib...

CİNGİLTİ (ID - 6267)

is. Metal, şüşə və bu kimi şeylərin başqa bir şeyə toxunarkən çıxardığı səs. [Ağca xanım] ..barmağı ilə şüşəni döydü. Şüşə cingilti ilə sınıb yerə töküldü. S.S.Axundov. ..Ləpələrin şırıltısı adamların səs-küyünə...

CİNGİLTİLİ (ID - 6268)

sif. Zil, nazik. Şahpərinin cingiltili səsindən diksinən oğlan əlini lampadan çəkdi. B.Bayramov. Silaya indi elə gəldi ki, [qızın] ağ əllərini belə görür, cingiltili, şən səsini eşidirdi. S.Vəliyev.
□□ Cingiltili samit...

CİNGİM (ID - 6269)

cingim-cingim olmaq - xıncım-xıncım olmaq, tikə-tikə olmaq, parça-parça olmaq. [Şərif Almasa:] Elə ki vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu.
C.Cabbarlı.

Bu səhifə dəfə baxılıb

......