
CİLOVLAMAQf Başına cilov keçirmək, yüyənləmək. Atı cilovlamaq. - Atını minən cilovlar. (Ata. sözü). Vəzirlə vəkil sarısaç adamın atını cilovlayıb saxladı. Ə.Vəliyev.
// məc. Saxlamaq, yığışdırmaq, boğmaq, əl-qol açmağa qoymamaq. Rübabə kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik verməyə, hissini cilovlamağa çalışdı. Mir Cəlal. [Bayram kişi:] Əftəranda da dəli xəzrini cilovlamaq lazımdır. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|