İzahlı lüğət

CİDAL (ID - 6170)

is. [ər.] Dava, döyüş, qovğa, vuruş (çox zaman cəng-cidal şəklində işlədilir). Əcəl köynəyini geyib əynimə; Cəng-cidalın güzarına gəlmişəm. “Koroğlu”. Dönər günəşin atəşə, saç qərbə, şimalə; Topla nə gücün...

CİDALGAH (ID - 6171)

is. [ər. cidal və fars. gah] klas. Müharibə meydanı, vuruşma yeri.

CİDAR (ID - 6172)

is. [ər.] 1. Divar, arakəsmə.
məc. Maneə.

CİDD-CƏHD (ID - 6173)

is. [ər.] Var gücü ilə çalışma, səy etmə, cəhd göstərmə. [Nuriyyə:] Bütün cidd-cəhdimə baxmayaraq, səsim titrəyirdi. İ.Əfəndiyev. Bu qələbə məktəbdə uzun illər boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın.....

CİDDƏN (ID - 6174)

zərf [ər.] Ciddi olaraq, ciddi surətdə, gerçəkdən, həqiqətən. Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir. [Rüstəmbəy:] Tərs kimi mənim kütübxanamda da belə dolaşıq kitablar...

CİDDİ (ID - 6175)

sif. və zərf 1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. Ciddi adam. Ciddi oğlan. - Tanıyanlar bilir, yeddi yaşında;...

CİDDİLƏŞDİRMƏ (ID - 6176)

“Ciddiləşdirmək”dən f.is.

CİDDİLƏŞDİRMƏK (ID - 6177)

CİDDİLƏŞMƏ (ID - 6178)

“Ciddiləşmək”dən f.is.

CİDDİLƏŞMƏK (ID - 6179)

f 1. Ciddi görkəm almaq, ciddi şəkil almaq, ciddi tövr almaq. - Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq otağının qapısını açdı.. Çəmənzəminli. Sədrin üzü ciddiləşdi. İ.Əfəndiyev. Qardaşı oğlunun...

CİDDİLİK (ID - 6180)

is. 1. Ciddiyyət, ağırbaşlılıq, təmkin.
// Ciddi adamın halı. Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və [Qurbanlını] qapıya qədər təşyi etdi. Çəmənzəminli. Qəhrəman gördü ki, oğlu [Sabirdə] böyüklərə məxsus ciddilik...

CİDDİYYƏT (ID - 6181)

CİDDİYYƏTLƏ (ID - 6182)

zərf Ciddi surətdə, ciddi bir şəkildə, ciddiliklə. Ciddiyyətlə işə girişmək. - Sona ciddiyyətlə əmisinə cavab verdi.. Ə.Əbülhəsən. - Biz niyə? - deyə, Simuzər eyni ciddiyyətlə cavab verdi. H.Seyidbəyli.

CİFT (ID - 6183)

[fars.] köhn. Bax cüt1

CİFTLƏŞDİRMƏ (ID - 6184)

“Ciftləşdirmək”dən f.is.

CİFTLƏŞDİRMƏK (ID - 6185)

bax cütləşdirmək.

CİFTLƏŞMƏ (ID - 6186)

“Ciftləşmək”dən f.is. Həmişə əlləri pencəyinin cibində olan cavan çoban təklif eləyirdi ki, əgər lazımi şərait yaradılsa, ciftləşmə faraş aparılsa .. hər yüz qoyundan orta hesabla iki yüz quzu almaq olar. Ə.Vəliyev.

CİFTLƏŞMƏK (ID - 6187)

b a x cütləşmək.

CİHAD (ID - 6188)

is. [ər.] Din uğrunda müharibə, din yolunda vuruşma.

CİHAZ (ID - 6189)

is. [ər.] 1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm. Çəki cihazları. Optik cihaz. İsidici cihaz. - Bunların əlində ov tüfəngi deyil, cürbəcür ölçü alətləri və cihazları vardı. M.Rzaquluzadə. Masaların üstündə...

CİHAZQAYIRAN (ID - 6190)

sif. Müxtəlif cihazlar hazırlayan, istehsal edən. Cihazqayıran zavod.
// İs. mənasında. Cihazqayıranlar.. yeni məhsulların kütləvi buraxılışını təşkil etməyi və qaydaya salmağı öhdələrinə almışlar.

CİHAZQAYIRMA (ID - 6191)

is. Müxtəlif cihazlar və onların hissələrini istehsal etmə, cihaz istehsalı ilə məşğul olma. Cihazqayırma sənayesi. Bakı cihazqayırma zavodunun məhsulları. Cihazqayırmanın sürətlə inkişaf edən istiqamətləri.

CİK-BİK (ID - 6192)

ciki-biki, cikinə-bikinə kimi (qədər), cikini-bikini də, cikini də-bikini də - hərtərəfli, ən kiçik təfərrüatına qədər. [Rəşid müəllim:] Yox, usta Əbülqasım, gərək sən bu maşının cikini-bikini tamam-kamal biləsən. S.Rəhimov....

CİK-CİK (ID - 6193)

təql. Sərçələrin və qeyri kiçik quşların çıxardığı səs. Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Səhhət. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirərkən quş...

CİKKƏ (ID - 6194)

cikkə çəkmək - nazik səslə bərk qışqırmaq. Arvad cikkə çəkdi.

CİKKİLDƏMƏ (ID - 6195)

“Cikkildəmək”dən f.is.

CİKKİLDƏMƏK (ID - 6196)

f. 1. Cik-cik səs çıxarmaq (körpə quşlar haqqında). Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş ovalarında.
Səhhət. Cik-cik gəldi, cikkildədi; Qanadını büküb dedi: - Yumurtadan çıxdım təzə; Umac verir nənə bizə....

CİKKİLDƏŞMƏ (ID - 6197)

“Cikkildəşmək”dən f.is.

CİKKİLDƏŞMƏK (ID - 6198)

qarş. Ağız-ağıza verib cikkildəmək. Yaşıl tumurcuqları göyərmiş budaqlarda quşlar cikkildəşirdi. M.Süleymanov.

CİL (ID - 6199)

bax cıg. Cil - bataqlıqlarda bitən çoxillik ot olub, kökəbənzər gövdəsində aşı maddəsi vardır. Azərbaycanda çox müxtəlif növləri bitir. R.Rzazadə.

CİLA (ID - 6200)

is. [ər.] İşığı əks etdirəcək dərəcədə parıltılı olmaq üçün əşyanın üzərinə çəkilən maddə və bu maddə ilə əşyaya verilən parlaqlıq; ümumiyyətlə, parıltı, parlaqlıq. Nə gözəl sürmədən cila gətirdi; Döndü...

CİLAÇI (ID - 6201)

bax cilalayıcı.

CİLALAMA (ID - 6202)

“Cilalamaq”dan f.is. Mayeli cilalama dəzgahı. Xarrat cilalaması.

CİLALAMAQ (ID - 6203)

f Əşyaya cila vermək, sürtməklə parıldatmaq, parıltı vermək. Qiymətli daşları cilalamaq. Mərcanı cilalamaq.
Əsrlər boyu dalğalar bu daşları elə yuyub cilalamışdı ki, onlar güzgü təki bərq vururdu. M.Süleymanov.
// məc....

CİLALANMA (ID - 6204)

“Cilalanmaq”dan f.is.

CİLALANMAQ (ID - 6205)

f 1. Hamarlanmaq, taraşlanmaq (sürtülməkdən).
// Məc. mənada. Günəş çıxdı, ziyalandı yer üzü; Cilalandı, səfalandı yer üzü. A.Səhhət.
2. Yaxşılaşmaq, təkmilləşmək, gözəlləşmək.

CİLALAYICI (ID - 6206)

is. Əşyaya cila verən usta; cilaçı. [Rəis:] Çox diribaş qızdır, yaxşı cilalayıcı olması səndən asılıdır. (Qəzetlərdən).

CİLALI (ID - 6207)

sif. Cilası olan, cilalanmış, taraş edilmiş, parıldadılmış. Cilalı almaz.

CİLD (ID - 6208)

is. [ər.] 1. Kitabın üzü, üz qabığı. Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.
Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin...

CİLD-CİLD (ID - 6209)

zərf Cildlərlə, çoxlu. Rəfə cild-cild kitablar düzülmüşdür.

CİLDÇİ (ID - 6210)

is. Cildçəkən usta. Kitabı cildçiyə vermək.

CİLDÇİLİK (ID - 6211)

is. Cildçinin işi, peşəsi. Cildçilik eləmək.

CİLDXANA (ID - 6212)

is. [ər. cild və fars. ...xanə] Cild çəkilən emalatxana (sex). Kitabları cildxanaya aparmaq. - İndi isə [Mirzə Qədirin] son sistemdə dörd böyük çap maşını, ayrıca cildxanası vardı. S.Hüseyn.

CİLDLƏMƏ (ID - 6213)

“Cildləmək”dən f.is. Mətbəənin cildləmə sexi.

CİLDLƏMƏK (ID - 6214)

f Kitaba və s.-yə cild çəkmək. Ümumi dəftəri cildləmək. Gündəliyi cildləmək.

CİLDLƏNMƏ (ID - 6215)

“Cildlənmək”dən f.is.

CİLDLƏNMƏK (ID - 6216)

məch. Cild çəkilmək.
Qəzetlər cildlənib.

CİLDLƏNMİŞ (ID - 6217)

f.sif. Cild halına salınmış, cild çəkilmiş, cildli. Jurnal-qəzetlərin səliqə ilə tikilib cildlənmiş nömrələri indi tökülüb, biri-birinə qarışmışdı. Ə.Əbülhəsən.

CİLDLƏTDİRMƏ (ID - 6218)

“Cildlətdirmək”dən f.is.

CİLDLƏTDİRMƏK (ID - 6219)

bax cildlətmək.

Bu səhifə dəfə baxılıb

......