İzahlı lüğət

CİDD-CƏHD

is. [ər.] Var gücü ilə çalışma, səy etmə, cəhd göstərmə. [Nuriyyə:] Bütün cidd-cəhdimə baxmayaraq, səsim titrəyirdi. İ.Əfəndiyev. Bu qələbə məktəbdə uzun illər boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın.. nəticəsi idi. M.Rzaquluzadə. [Muxtar:] Sən məni ələ salma, Firəngiz, intiqam almaq üçün cidd-cəhd əbəsdir. Bayramov.
□ Cidd-cəhd etmək - var gücü ilə çalışmaq, səy göstərmək. ..Zeynəb ciddcəhd eləyirdi ki, ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. C.Məmmədquluzadə. Bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər.. N.Nərimanov. [Gəldiyev] qan-tər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

C

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed