İzahlı lüğət

CİHAZ

is. [ər.] 1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm. Çəki cihazları. Optik cihaz. İsidici cihaz. - Bunların əlində ov tüfəngi deyil, cürbəcür ölçü alətləri və cihazları vardı. M.Rzaquluzadə. Masaların üstündə çoxlu dəmir və şüşə cihaz, boru və sairə görünürdü. M.Süleymanov.
// Bir neçə əşyadan, hissədən ibarət alət, ləvazimat, komplekt. Yazı cihazı. Üzqırxan cihaz. Süfrə cihazı (qab-qacaq, çəngəl-bıçaq, qaşıq və s.).
fiziol. Orqanizmdə müəyyən vəzifə ifa edən orqanlar. Həzm cihazı.
köhn. Cehiz. Böyükxanım .. sandıqları açıb öz atasından gətirmiş cihazlarını töküb, hansı Münəvvər xanıma layiq isə ayırıb, bir tərəfə qoyurdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

COD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed