
CİDDƏNzərf [ər.] Ciddi olaraq, ciddi surətdə, gerçəkdən, həqiqətən. Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! M.Ə.Sabir. [Rüstəmbəy:] Tərs kimi mənim kütübxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır. Çəmənzəminli. Pası arvad Cəbini özünə alışdırır, anası Gülsənəmdən onu ciddən qoruyur, gecələri uşağı özü ilə yatırdırdı. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|