İzahlı lüğət

CIVILDAŞMAQ (ID - 6120)

qarş. Hamısı bir yerdə, səs-səsə verib cıvıldamaq. Bunca qabağında cıvıldaşmayın! Ey cücələr, çox da cırıldaşmayın! Ə.Nəzmi.

CIVILDIZ (ID - 6121)

is. məh. Diribaş. burdan batıb ordan çıxan, zirək. Cıvıldızın biridir.

CIVILTI (ID - 6122)

is. təql. Cücələrin, kiçik quşların çıxardığı cıv-cıv səsi. Quşlar, o fərəhbəxş cıvıltilə həvadə; Öz lanələri səmtinə eylərlər iradə. A.Səhhət. Bəzən cıvıltı iləyerdən qalxıb havanı qaraldan sığırçın sürüləri...

CIVRIQ (ID - 6123)

sif. Çox diribaş, çevik, cəld, zirək. Cıvrıq uşaq.

CIVRIQLIQ (ID - 6124)

is. Çox çeviklik, diribaşlıq, zirəklik, cəldlik.

CIZ1 (ID - 6125)

CIZZ təql. uş. Od, yandırıcı şey. Cızz, əl vurma!
// Ət kimi şeylərin yağda qızararkən, ya yanarkən çıxardığı səsi anladır.

CIZ2 (ID - 6126)

bax cızıq. [Bədircahan:] ..Başın üçün, xan! Bu cızlardan yüz iyirmi iki görünür. N.Vəzirov.

CIZBIZ (ID - 6127)

is. İçqovurması. ..Leylək bir qədər gedəndən sonra cızbız iyi aldı. S.Rəhimov. Bir tərəfdə cızbız, bir tərəfdə çay; Alma, heyva, armud, soğan, vəzəri; Bir tərəfdə xalı, tirmə, kəlağay; Baqqallar qışqırır: “Gəl, ay...

CIZBIZÇI (ID - 6128)

is. Cızbız bişirib satan adam.

CIZBIZXANA (ID - 6129)

is. Cızbız bişirilib satılan yer.

CIZDAQ (ID - 6130)

is. Quyruq əridildikdən sonra qalan bərk hissələri. Xəmirə cızdaq qatmaq.

CIZHACIZ (ID - 6131)

zərf Qovrula-qovrula, cızıldaya-cızıldaya. Feyzi içqovurmasını teştdə cızhacız gətirdi.. B.Bayramov.
□□ Cızhacız yanmaq - bərk acıq çəkmək, yanıb tökülmək. Mədəd hirsindən cızhacız yanır, içəridən qıvrıla-qıvrıla...

CIZIQ (ID - 6132)

is. Xətt. [Veys] ..dönüb gücənəgücənə divara dikinə yanaşı üç cızıq, köndələninə yanaşı iki cızıq çəkdi. Ə.Əbülhəsən. Sultan ayağa qalxanda kreslonu elə qəzəblə itələdi ki, parket döşəmədə ağ qoşa cızıqlar...

CIZIQ-CIZIQ (ID - 6133)

sif. və zərf Cızılmış, cızıqlar çəkilmiş. Kitabın üstü cızıq-cızıqdır. Qaraş otağın ortasındakı yanları yonulub cızıq-cızıq olmuş stolun baş tərəfində qoyulmuş kətilə əyləşdi. M.İbrahimov.

CIZIQLAMA (ID - 6134)

“Cızıqlamaq”dan f.is.

CIZIQLAMAQ (ID - 6135)

f. Cızıq çəkmək, xətt çəkmək.
// məc. Cızma-qaralamaq, yazmaq. [Səlim Zəmişana:] Mənim heykəlim, başımın ucalığı balalarımdır, bir də bax bu mürəkkəblədiyim, cızıqladığım kağızlardır. B.Bayramov.

CIZIQLANMA (ID - 6136)

“Cızıqlanmaq”dan f.is.

CIZIQLANMAQ (ID - 6137)

məch. Cızıq çəkilmək.

CIZIQLI (ID - 6138)

sif. Cızıqlar çəkilmiş, cızıqları olan, miləmil. Cızıqlı dəftər. - Mirzə oturub, cızıqlı kağızı çıxardı. S.Rəhimov. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq.. Tahirzadəyə şəhadətnamə yazdı. Mir...

CIZILDAMA (ID - 6139)

“Cızıldamaq”dan f.is.

CIZILDAMAQ (ID - 6140)

f. Cız-cız eləmək, cızıltı səsi çıxartmaq. Pavluşa əlini alnına çəkdi, tər qızarmış dəmirin üstünə tökülərək cızıldadı. M.S.Ordubadi. ..Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb...

CIZILTI (ID - 6141)

is. Od və ya qızğın şey üstünə düşən yağ, su və s.-dən hasil olan səs. Kababın cızıltısı. Yağın cızıltısı. -Közün üstünə düzülmüş göbələklərin cızıltısından özgə səssəda eşidilmədi. B.Bayramov.

CIZMA (ID - 6142)

“Cızmaq”dan f.is.

CIZMAQ (ID - 6143)

f. 1. Xətt, cızıq çəkmək; dırnağı və başqa bərk, ucu iti bir şeylə basaraq iz buraxmaq. Xəlil döş cibindən qələmini çıxardıb, katibin dırnağı ilə cızdığı yerdən imzasını atdı. M.Hüseyn.
Qaralama şəklində yazmaq,...

CIZMA-QARA (ID - 6144)

is. Aydın oxunmayan, səliqəsiz, qarışıq yazı. O, dəftər cildində yazdığı cızma-qaranı Xəlilə uzatdı: - Budur, bax, yazmışam. M.Hüseyn.
// isteh. Lüzumsuz, faydasız, mənasız yazı.
□ Cızma-qara etmək (eləmək) - səliqəsiz,...

CIZMA-QARAÇI (ID - 6145)

is. Cızma-qara yazmaqla məşğul olan adam.

CIZMA-QARALAMA (ID - 6146)

“Cızma”-qaralamaqdan f.is.

CIZMA-QARALAMAQ (ID - 6147)

f. Səliqəsiz, necəgəldi, tələsik yazmaq və ya çəkmək (şəkil). Ancaq məni xarab .. iş o idi ki, hər nə işə gedirdimsə, gərək bir yekə kağız əlimə alıb, hekayədən, nağıldan cızma-qaralayaydım. C.Məmmədquluzadə.

CIZMALAMA (ID - 6148)

“Cızmalamaq”dan f.is.

CIZMALAMAQ (ID - 6149)

bax cızmaq 1-ci mənada.

CİB (ID - 6150)

is. 1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. Pencəyin yan cibləri. - Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb məşğul oldu çubuğu doldurmağa.. C.Məmmədquluzadə....

CİBBİLTİ (ID - 6151)

bax civilti. Cücələrin cibbiltisi.

CİB-CİB (ID - 6152)

təql. Toyuq, xoruz və cücələri çağırmaq üçün çıxarılan səs. Ovcunu dənlə doldurub cib-cib eləmək.

CİBCİK (ID - 6153)

is. Balaca cib. Pencəyin cibciyi.

CİBƏGİRƏN (ID - 6154)

CİBGİR (ID - 6155)

is. Cib oğrusu, cibə girən oğru, xəspuş. Yoxdu pul qədri bilən dəhrdə cibgir kimi. M.Möcüz. Cəfərqulu bir qədər çəkindi. Ona demişlərdi ki, “şəhər yerində cibgir çox olar, özünü gözlə”. Qantəmir. Xuliqanlar və cibgirlər...

CİBGİRLİK (ID - 6156)

is. Cibgirin peşəsi, cibə girməklə məşğul olma; xəspuşluq.

CİBXƏRCLİYİ (ID - 6157)

CİBİŞDAN (ID - 6158)

zar. “Cib” 1-ci mənada.
□□ Cibişdana qoymaq (ötürmək) - bax cibinə qoymaq (“cib”də).

CİBKƏSƏN (ID - 6159)

is. Cibgir, oğru, soyğunçu. [Paşa:] Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar!.. N.Vəzirov. Talayır adam göz baxa-baxa; Bu yeni cibkəsən, bu yeni oğru. B.Vahabzadə.

CİBLƏMƏ (ID - 6160)

“Cibləmək”dən f.is.

CİBLƏMƏK (ID - 6161)

f Başqasının pulunu mənimsəmək, cibinə ötürmək. Kimin ixtiyarı var, mənim pulumu cibləsin. Alnımın təri ilə qazanmışam. M.Hüseyn. ..Məlumdur ki, həmin pulu uşaq almayıb, kim isə başqası cibləyibdir. “Kirpi”.

CİBLİ (ID - 6162)

sif. Cibi, ya cibləri olan, cib tikilmiş, cib qoyulmuş. Cibli pencək. Cibli xalat. Əksərən .. cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəflərinə doluşmuş(dular). M.İbrahimov.
// məc. Varlı, dövlətli...

CİBLİK (ID - 6163)

is. Cib tikməyə ayrılan parça.
// Sif. mənasında. Ciblikparça.

CİCİ1 (ID - 6164)

is. Bəzi yerlərdə nəvazişlə anaya deyilir. ..Bunlar məgər təzə sözdür? Bunu cicim də bilir. “Mol. Nəsr.”. Bir də bilirsən nə var, Güldanə, hamar yolla getməyə nə var, cicim də gedər. Ə.Vəliyev.

CİCİ2 (ID - 6165)

is. uş. Uşağın xoşuna gələn şey. Ana sənə cici gətirib.

CİCİ-BACI (ID - 6166)

is. dan. Bir-birinə çox yaxın olan rəfiqələr haqqında. Bu qızlar lap cici-bacıdırlar.
□ Cici-bacı olmaq - bir-birilə çox yaxın olmaq, ana-bacı kimi olmaq.

CİCİ-BACILIQ (ID - 6167)

is. Cici-bacı kimi olma.

CİDA1 (ID - 6168)

is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. (Ata. sözü). Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. “Koroğlu”.
□ Cida boyu - ölçü bildirir (adətən, gün,...

CİDA2 (ID - 6169)

zərf [fars. cüda] klas. Ayrı, uzaq. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm.. C.Cabbarlı.
□ Cida düşmək, cidayə düşmək - uzaq düşmək, ayrı düşmək. Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed