İzahlı lüğət

CANLANMAQ (ID - 5720)

f 1. Dirilmək, dirçəlmək. Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! S.Vurğun. [Bibixanımm] solğunlaşıb altı kölgələnən gözləri elə bilyenidən canlandı.. B.Bayramov.
// Özünə gəlmək, ayılmaq....

CANLATMA (ID - 5721)

“Canlatmaq”dan f.is.

CANLATMAQ (ID - 5722)

b ax canlandırmaq. Mən səni canlatmağa; Yeni yollar bulurdum; Yeni oynaq qanadlar; Yeni qollar bulurdum. M.Müşfiq.

CANLI (ID - 5723)

sif. 1. Diri, sağ, yaşayan (ölü ziddi). Canlı orqanizm. Canlı hüceyrə. - Ucalan heykəl canlı bir insan kimi görünürdü. S.Rəhimov.
// is. mənasında. Diri adam (heyvan), sağ adam (heyvan). Bu kəndə getsən, ancaq arvad, uşaq və...

CANLICA (ID - 5724)

sif. Çox canlı, çox güclü, qüvvətli, cəsamətli. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım. M.Ə.Sabir.

CANLI-CANSIZ (ID - 5725)

top. Həm canlılar, həm cansızlar, hamısı. Gecələr canlı-cansız uyurkən dərin-dərin; Fəqət sən mənim kimi uyumazsan doyunca. M.Müşflq.

CANLIQ (ID - 5726)

is. İsti alt paltarı; candonu. [Çimnaz] ..pambıqlı canlığını əyninə taxdı, qızına da təzə paltarını dəyişməyi təklif elədi. Ə.Əbülhəsən. [Əsgərlərin] əyinlərinə görə olmasa da, qışda onların isti papağı, yun canlığı,...

CANLILIQ (ID - 5727)

is. 1. Canlı şeyin halı. [Arvadm] gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı.. M.İbrahimov.
2. Təsir, qüvvə. Hisslərin canlılığı. İlk təəssüratın canlılığı.
// Aydmlıq, parlaqlıq,...

CANSAĞLIĞI (ID - 5728)

is. Bədənin bütün üzvlərinin normal vəziyyətdə olması, səhhət. Dedim: - Bunların hamısı ötüşər, insana cansağlığı lazımdır.. Ə.Haqverdiyev. [Gülşən də] başqa gənclər kimi Bakıya getmək, Azərbaycan Tibb İnstitutunda...

CANSIXAN, CANSIXICI (ID - 5729)

sif. və zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar. - Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm...

CANSIXICILIQ (ID - 5730)

is. Ürəksıxıcılıq, darıxdırıcılıq, bezikdiricilik, usandırıcılıq, maraqsızlıq. Xalqımıza xas olan xoş biryumor, hikmətli ifadələr.. Ü.Hacıbəyovun komediyalarını hər cür ağırlıq və cansıxıcılıqdan qurtarmışdır....

CANSIZ (ID - 5731)

sif. 1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya.
// Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən.
2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif. Gülsüm öz yerində belə möhkəm oturmuşdu...

CANSIZ-ÇƏLİMSİZ (ID - 5732)

sif. Çox cansız, çox zəif, cılız, üzgün. Cansız-çəlimsiz uşaq.
Klavdiya birinci dəfə gördüyü cansızçəlimsiz, ortaboylu, sallaqbığlı bu adama diqqətlə nəzər yetirdi. Ə.Abasov.

CANSIZLAŞMA (ID - 5733)

“Cansızlaşmaq”dan f.is.

CANSIZLAŞMAQ (ID - 5734)

f. Zəifləmək, arıqlamaq, cılızlaşmaq, üzülüb getmək. Uşaq lap cansızlaşıb.

CANSIZLIQ (ID - 5735)

is. Zəiflik, arıqlıq, sısqalıq, üzgünlük. Cansızlığından yeriyə bilmir.

CANSÜRTƏN (ID - 5736)

is. Hamamda kisəçəkən; kisəçi. Vaqif Tiflisin vəziyyətini əvvəlcə hamamda cansürtən Ocaqquludan öyrəndi. Çəmənzəminli.

CANTƏZƏLƏYƏN (ID - 5737)

sif. Xoş, ürəyəyatan, ürəkaçan, canfəza. Getdikcə bir-birindən gözəl, bir-birindən füsunkar, cantəzələyən, ürəkaçan mənzərələr görürük. M.İbrahimov.

CANTIRAQ (ID - 5738)

sif. dan. Canlı, cüssəli, çəlimli. Cantıraq oğlan. - Cantıraq, cəld bir adam əlində kağız yazır, yazdığını da təkrar edirdi. Mir Cəlal.

CANVERİCİ (ID - 5739)

sif. Həyat bəxş edən, canlandıran, həyatverici, dirildən. Canverici baxış.
Canverici ləbindədir şərbəti xəstə könlümün; Kimdir irişdirən anı ləli-ləbin şəfasına. Nəsimi.

CANVERMƏ (ID - 5740)

is. Can üstə olma, cançəkişmə, ölüm halında olma.

CANYANDIRAN (ID - 5741)

sif. Tapşırılan və ya öhdəsində olan işi, vəzifəni səylə, ürəklə yerinə yetirən, işə səy göstərən; səyli, çalışqan. [Məhərrəm bəy:] ..İmran kimi işləyən, canyandıran köməkçin var. S.S.Axundov. Ustaya elə gəlirdi...

CANYANDIRANLIQ (ID - 5742)

is. 1. Cəhd, qeyrət, hümmət, səy.
2. Qeydkeşlik, himayə, diqqət, şəfqət, canıyananlıq, qayğıkeşlik. Canyandıranlıq eləmək. Canyandıranlıq göstərmək.

CANYANDIRMA (ID - 5743)

CAR1 (ID - 5744)

car çəkmək (çagırmaq) - 1) köhn. Yüksək səslə camaata bir şeyi xəbər vermək, elan etmək, bildirmək. [Mozalan bəy:] Gördüm, bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızılquşu qaçıbdır. Ə.Haqverdiyev. [Şeyx...

CAR2 (ID - 5745)

bax cari 1-ci mənada.
□ Car olmaq - cərəyan etmək, axmaq, tökülmək. Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözündən car oldu sellər. Aşıq Ələsgər.

CARÇI (ID - 5746)

is. 1. köhn. Car çəkən, uca səslə bir xəbəri və s. camaata elan edən, bildirən. [Koroğlu] elə təzəcə bazara girmişdi, bir də gördü, carçılar car çəkirlər. “Koroğlu”. ..Carçılar ortada gəzib, müxtəlif xəbərlər verirdilər....

CARİ (ID - 5747)

sif. [ər.] 1. klas. Cərəyan edən, axan, axıcı.
□ Cari etmək - axıtmaq. Gülab vurma üzə, etmə göz yaşın cari; Gözüm çıxar, o gül üstündə şəbnəm istəmərəm. S.Ə.Şirvani. Gözümdə cari edib əşki həm rəvan getmə!...

CARİYƏ (ID - 5748)

is. [ər.] Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın. Hökmdar saraylarının cariyələri olmasaydı,...

CARLAMA (ID - 5749)

“Carlamaq”dan f.is.

CARLAMAQ (ID - 5750)

f Car çəkmək, uca səslə camaata elan etmək, bildirmək. Uzaqdan çavuş carlayır, camaat salavat çəkir. C.Məmmədquluzadə.

CASUS (ID - 5751)

is. [ər.] 1. Məxfı materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs. Fəhlələr, Şendrikov qardaşlarının casus olduqlarını söyləyəndə bəzi yoldaşlar buna şübhə ilə baxırdılar. M.Hüseyn. [Bağırxan:] O gedərkən...

CASUSLUQ (ID - 5752)

is. Dövlət sirri olan məlumatı, materialları və s.-ni başqa dövlətə vermək üçün gizli surətdə toplamaqdan ibarət cinayətkar fəaliyyət. Casusluq etmək. - Göyçək.. casusluq xidmətinə görə çox yaxşı təltif ediləcəyinə qəti...

CAVAB (ID - 5753)

is. [ər.] 1. Şifahi və ya yazılı suala, sorğuya və s.-yə qarşılıq olaraq söylənən söz (sual, sorğu müqabili). Cavab tapmaq. Cavabı ölçüb-biçmək. Bu cavab olmadı. - Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu...

CAVABDEH (ID - 5754)

sif. və zərf[ər. cavab və fars. ...deh] Bir iş üçün məsuliyyət daşıyan, cavab verməli olan, üzərinə məsuliyyət düşən, məsuliyyətli, məsul. Hər kəs öz işinə, öz sözünə cavabdehdir. - [Rüstəmbəy:] Nağı bəy ölər,...

CAVABDEHLİK (ID - 5755)

is. Öz hərəkət və işləri üçün cavab vermə, onların nəticələri üçün məsuliyyəti öz üzərinə götürmə; məsuliyyət. [Səkinə Mayaya:] Sən kişiyə qulaq asma, işin çoxdur, ağır işdir, cavabdehliyi böyükdür. M.İbrahimov....

CAVABDƏHƏNDƏ (ID - 5756)

[ər. cəvab və fars. ...dəhəndə] Bax cavabdeh.

CAVABDƏHƏNDƏLİK (ID - 5757)

b a x cavabdehlik.

CAVABƏN (ID - 5758)

zərf [ər.] Cavab olaraq, cavabmda. Suala cavabən bunları dedi... - Şüküfələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “get, Allah səni xoşbəxt eləsin!” - deyirdilər. Ə.Haqverdiyev.

CAVABLI (ID - 5759)

sif. Cavabı olan, cavabı verilən. Cavablı sual. Cavablı teleqram.

CAVABSIZ (ID - 5760)

sif. və zərf Cavabı olmayan, cavabı verilməyən. Cavabsız məktub. Cavabsız suallar. Bir dənə ərizə cavabsız qalmamalıdır.
// Məc. mənada. Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun. Cavabsız...

CAVAHİR (ID - 5761)

is. [ər.] Qiymətli daş (almaz, yaqut və s.). [Səkinə xanım:] Ağa Həsən istəyir məni başdan-ayağa cavahirə də tuta, mən ona gedən deyiləm. M.F.Axundzadə.
// Cavahirdən qayrılmış, düzəldilmiş. Cavahir qolbaq.

CAVAHİRAT (ID - 5762)

is. [ər. “cəvahir” söz. cəmi] Qiymətli daşlar, daş-qaş. Cavahirat taxmaq. Cavahirat mağazası. - [Odabaşı:] Hacı Kamyabın evində də cavahirat az deyildi. Ə.Haqverdiyev.

CAVAHİRATÇI (ID - 5763)

is. Cavahirat satan, cavahirat alverçisi, cavahirat taciri.
// Cavahiratdan (qiymətli daşlardan) bəzək şeyləri qayıran usta, zərgər.

CAVAHİRATÇILIQ (ID - 5764)

is. Cavahiratçmm işi, sənəti; cavahirat işi ilə məşğul olma.

CAVAHİRÇİ (ID - 5765)

bax cavahiratçı.

CAVAHİRFÜRUŞ (ID - 5766)

[ər. cəvahir və fars. füruş.] köhn. Bax cavahirsatan. [Osman] diksinib başını döndərdikdə cavahirfiüruşun xanımı Lidanı gördü. Çəmənzəminli. Bir yandan cavahirfüruşlar, bir tərəfdən zərgərlər nazənin gözəllərə ziynət...

CAVAHİRLİ (ID - 5767)

sif. Cavahirlə, qiymətli daşqaşla bəzədilmiş. Cavahirli kəmər. - Odur “ədalət zəncirini” boynundan asaraq, bəzəkli və cavahirli qılınca söykənmiş vəliəhd böyük həyətdəki çarhovuzun yanında dayanmışdır. P.Makulu.

CAVAHİRSATAN (ID - 5768)

is. Qiymətli daş-qaş satan tacir, daş-qaş alverçisi.

CAVAN (ID - 5769)

[fars.] 1. Bax gənc 1-ci mənada. Cavan müğənni. Cavan oğlan. Cavan müəllim. - Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. Bu cavan oğlan raykom katibi Qoşqar Sadıqzadə idi. İ.Hüseynov.
// İs. mənasında....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed