CİZGİ (ID - 6320)bax xətt2. Kosa dik bir cizgi çəkir, sonra yanlardan onu qarmaqla bağlayır. S.Rəhimov. Gözlərinin kənarlarından gicgahlarına doğru uzanan cizgilər onu daim gülümsər göstərirdi. M.Rzaquluzadə.
|
CİZGİLƏMƏ (ID - 6321)“Cizgiləmək”dən f.is.
|
CİZGİLƏMƏK (ID - 6322)f Cizgi çəkmək, xətləmək, cızıqlamaq.
|
CİZGİLİ (ID - 6323)sif. Cizgi çəkilmiş, cizgiləri olan, xətli, cızıqlı.
|
CİZYƏ (ID - 6324)is. [ər.] köhn. Müsəlman ölkələrində müsəlman olmayanlardan əsgərlik xidməti müqabilində alınan vergi.
|
COD (ID - 6325)sif. dan. Qaba, kobud, sərt, qalın. Sən məni bazarda çustumla; Codparçadan kostyumla görmüşdün. R.Rza. Üzünün oraburasında bitən cod tüklərin hər biri qara tikana bənzəyirdi. S.Rəhman. Sultan cəld bir hərəkətlə .. cod və çal...
|
CODLANMA (ID - 6326)“Codlanmaq”dan f.is.
|
CODLANMAQ (ID - 6327)bax codlaşmaq.
|
CODLAŞMA (ID - 6328)“Codlaşmaq”dan f.is.
|
CODLAŞMAQ (ID - 6329)f Cod olmaq, zərifliyini, incəliyini itirmək; kobudlaşmaq, qabalaşmaq, sərtləşmək. Tükləri codlaşmaq.
// Məc. mənada. Hidayət yenə də təmkinini saxlamağa çalışsa da, codlaşdı, açılışdı. B.Bayramov. Üzünü niyəyana tutursan,... |
CODLUQ (ID - 6330)is. Cod şeyin halı, keyfiyyəti. Dərinin codluğu. Tükün codluğu. Yunun codluğu. - Suyun codluğunu və ya yumşaqlığını təyin etmək üçün ona sabun vururlar. Ə.Əlizadə.
|
CODYUNLU (ID - 6331)sif. Yunu cod, qaba olan. Codyunlu qoyun.
|
COĞRAFİ (ID - 6332)sif. Coğrafiyaya aid, coğrafiya ilə bağlı. Coğrafi kəşflər. Coğrafi xəritə.
// Hər hansı bir yerin təbii şəraiti, quruluşu və ya vəziyyəti baxımından qiymətləndirilən, baxılan, nəzərdə tutulan. Coğrafi landşaft. Ölkənin... |
COĞRAFİYA (ID - 6333)[yun. gegraphia - Yerin təsviri] Təbii və istehsal ərazi komplekslərini tədqiq edən təbiyyət və ictimai elm sahəsi.
İqtisadi coğrafiya - ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti... |
COĞRAFİYAÇI (ID - 6334)bax coğrafiyaşünas. Coğrafiyaçıların konfransı.
|
COĞRAFİYAŞÜNAS (ID - 6335)[yun. coğrafiya və fars. ...şünas] Coğrafiya alimi, coğrafiya mütəxəssisi. Coğrafiyaşünas professor.
|
COĞRAFİYAŞÜNASLIQ (ID - 6336)is. Coğrafiya tarixi və nəzəriyyəsindən bəhs edən elmlərin məcmusu.
|
COMƏRD (ID - 6337)is. Mərd, alicənab. Comərd igid heç qaçarmı meydandan; Qılınc çəkib hayıf alar düşməndən. “Koroğlu”. [Qadın:] Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım. M.S.Ordubadi. Mənim zabitlər...
|
COMƏRDCƏSİNƏ (ID - 6338)zərf Comərd adama yaraşan bir tərzdə; alicənabcasına, mərdcəsinə. Comərdcəsinə özünü qabağa verdi.
|
COMƏRDLƏŞMƏ (ID - 6339)“Comərdləşmək”dən f.is.
|
COMƏRDLƏŞMƏK (ID - 6340)f. Özünü igid, mərd kimi aparmaq, kişiləşmək, əliaçıqlıq, səxavət göstərmək.
|
COMƏRDLİK (ID - 6341)is. Mərdlik, nəciblik, alicənablıq. [Kərim baba:] Özümü itirdim. Lakin qorxmurdum, çünki bu igid heyvanın comərdliyindən əmin idim. A.Şaiq.
// Səxavətlilik, əliaçıqlıq; səxavət. |
CORAB (ID - 6342)is. Yun, iplik və ya süni sapdan toxunan uzun və ya qısa boğazlı ayaq geyimi. Naxışlı corab. Yun corab. - Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın kölgəsində çıxartdı.. Çəmənzəminli. Səkinə talvar taxtasından...
|
CORABBAĞI (ID - 6343)is. Corabı ayaqda saxlamaq üçün rezin, bağ və s.
|
CORABLI (ID - 6344)sif. Corab geymiş, ayağında corabı olan.
|
CORABTOXUYAN (ID - 6345)is. Corab toxumağa məxsus maşın; corab toxuyan işçi.
// Sif. mənasında. Corabtoxuyan maşın. Corabtoxuyan qız. |
COŞDURMA (ID - 6346)“Coşdurmaq”dan f.is.
|
COŞDURMAQ (ID - 6347)f. 1. Qızışdırmaq, şiddətləndirmək, bütün gücü ilə təzahür etdirmək. Hələ bu qadının munis və təvazökar bir qadın olması da insanın məhəbbətini coşdururdu. M.S.Ordubadi. Həyatbəxş və həssas bir hava [Muxtarla xanıma]...
|
COŞQUN (ID - 6348)sif. 1. Coşmuş halda olan; qızışmış.
Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü. Coşqun sel. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıbyayılırdı. A.Şaiq.... |
COŞQUNLAŞMA (ID - 6349)“Coşqunlaşmaq”dan f.is.
|
COŞQUNLAŞMAQ (ID - 6350)f. Coşqunluğu artmaq, qızışmaq, şiddətlənmək. Dəniz getdikcə coşqunlaşırdı.
|
COŞQUNLUQ (ID - 6351)is. Coşqun şeyin halı; coşqun, həyəcanlı hal. Hər kəs dəli bir qan coşqunluğu ilə irəliləyir, irəliləyirdi. H.Nəzərli.
|
COŞMAQ (ID - 6352)f 1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu. - Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib...
|
COŞUB-DAŞMA (ID - 6353)“Coşub-daşmaq”dan f.is.
|
COŞUB-DAŞMAQ (ID - 6354)f 1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. Sel coşub-daşır. - Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. Çəmənzəminli. Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar.
Hüseynzadə. [Camal:] Qorxma, uçmaz,... |
CÖKƏ (ID - 6355)is. bot. Diş-diş yarpaqları və bol şirəli, ətirli çiçəkləri olan ağac. Cökə 20-25 metr hündürlükdə, qışda yarpağı tökülən ağacdır. Ətirli çiçəkləri iyunda açılır, meyvəsi sentyabrda yetişir, çiçəklərindən arılar...
|
CÖKƏLİK (ID - 6356)is. Cökə ağacları bitən yer, cökə meşəsi.
|
CÖNGƏ (ID - 6357)is. Erkək, yeniyetmə, cavan inək balası. Qəhrəman meşənin dərinliyində ..ala cöngəni sığallayıb tumarlayırdı. S.Rəhimov. Yelinləri südlə şişmiş inəklər mələşə-mələşə, xam cöngələr böyürə-böyürə .. özlərini...
|
CÖVHƏR (ID - 6358)is. [ər. əsli farsca “gövhər”dənj
Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə). □ Cövhərini çəkmək - distillə etmək, distillə vasitəsilə... |
CÖVHƏRNANƏ (ID - 6359)b ax nanə cövhəri (arağı) (“nanə”də).
|
CÖVLAN (ID - 6360)is. [ər.] Dolanma, hərlənmə, dövri hərəkət; dövretmə, dövran. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir. Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə...
|
CÖVLANGAH (ID - 6361)is. [ər. cövlan vəfars. ...gah] Gəzinti yeri, seyr yeri, seyrgah.
|
CÖVR (ID - 6362)is. [ər.] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana....
|
CÖVR-CƏFA (ID - 6363)is. [ər.] klas. B ax cövr. Bən nə təriqü vəchlə cövrü cəfadən usanım; Çünki həmişə yarımın cövrü cəfası yarədi. Nəsimi.
Ey bivəfa, məni cana yetirdin; Bunca cövrü cəfa birdən olurmu? Q.Zakir. □ Cövr-cəfa etmək... |
CÖVÜZ (ID - 6364)is. Qoz. Dərin dərələrin içindən üzüyuxarı dikələn və hər tərəfə alaçıq kimi yayılan irişaxəli qoz ağacları öz balaca göy cövüzləri ilə dayanıb dururdular. S.Rəhimov.
|
CÖVÜZQIRAN (ID - 6365)is. Qoz sındırmaq üçün alət; qozsındıran.
|
CÖVZƏ (ID - 6366)bax kəm2.
|
CUBBULU (ID - 6367)bax cumbulu.
|
CUHUD (ID - 6368)dan. Bax yəhudi. Əttarların ləzzəti cuhudun evi bağlanandan bəri qaçıb. Ə.Haqverdiyev. Buynakski küçədən qoca bir cuhud arvadı dəstəyə gəlib soruşdu.. Qantəmir.
|
CUQQULDAMA (ID - 6369)“Cuqquldamaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb