İzahlı lüğət

CANA-CUNA (ID - 5670)

sif. dan. Boş, bekara, dəyərsiz. [Şahbəy:] [Bülənd] bir-iki araba ayın-oyunla camaatı necə ələ aldı! Canacuna adam deyil! Ə.Əbülhəsən.

CANALAN, CANALICI (ID - 5671)

sif. 1. Cəllad, adamöldürən, qaniçən. [Rüstəm:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm...Cabbarlı.
//məc. Üzücü, çox əziyyətli. Çox canalan işdir.
2. məc. Füsunkar, məftunedici, dilbər. Dilbilən, bir canalan,...

CANAMAZ (ID - 5672)

is. [fars.] din. Üstündə namaz qılmaq üçün xüsusi şəkildə tikilib hazırlanan dördkünc parça. Qədim axşam evə qayıtdıqda, arvadının birisi onun üçün dəstəmaz almaq üçün su hazır etsəydi, o birisi canamaz hazırlayırdı....

CANAN (ID - 5673)

is. [fars.] Sevgili, yar, dilbər, məhbubə. Fələk ayırdı məni cövr ilə cananımdan. Füzuli. Nə xoşdu canana canı yetirmək; Doyunca tamaşa eləyib ölmək. Q.Zakir. [Tahir:] El qəhrəmanlarının çoxusu canan yolunda min bir əziyyətə...

CANASİNƏR (ID - 5674)

sif. və zərf Xoşagələn, canayatan, ürəyəyatan. Canasinər iş. Canasinər hərəkət etmək. - Molla, indi ki bizi qonaq eləyirsən, gəl öz istədiyimiz kimi elə ki, canasinəryeyək. “M.N.lətif.”.

CANAVAR (ID - 5675)

is. [fars.] 1. İt cinsindən dərisi boz, yırtıcı heyvan; qurd. Kəhər at qulaqlarını şəkləyib, canavar tərəfə baxır, öküzlər böyrüşməkdə davam edirdi. Ə.Vəliyev. Çoban sürüyə canavar düşdüyünü zənn edib qışqırdı....

CANAVARLIQ (ID - 5676)

is. Vəhşilik, yırtıcılıq, qəddarlıq. Bütün, bu vəhşiliklərə, bu canavarlıqlara qulaq asmaqdan təngə gəlmiş Molla deyir.. “M.N.lətif.”.

CANAZAR (ID - 5677)

sif. [fars.] Cansız, arıq, zəif, sısqa. Canazar uşaq.

CAN-BAŞ (ID - 5678)

is. Adamın cismani və mənəvi halı; canlı dildə səhhət mənasında işlənilir. Canın-başın salamatdırmı? Canın-başın necədir? - [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub.. qərəz, canı-başı salamat, təndürüst...

CANBAZ (ID - 5679)

is. [fars.] 1. Tamaşa yerlərində öz canı üçün təhlükəli oyunlar göstərən sirk artisti; kəndirbaz, akrobat.
2. məc. Oyunbaz. Hoqqabaz. [Piri:] Şiraslan, yaxşı bilirik ki, canbazsan. M.Süleymanov.

CANBAZLIQ (ID - 5680)

is. 1. Canbazın işi, kəndir və ya at üzərində və s.-də göstərdiyi məharət, hünər.
2. məc. Hiyləgərlik, hoqqabazlıq, fırıldaqçi-lıq.

CANBƏXŞ (ID - 5681)

sif. [fars.] klas. Can verən, canlandıran; həyatverən, adamı şad və məmnun edən, fərəhləndirən.

CANBİR (ID - 5682)

sif. və zərf Çox yaxın, mehriban, ayrılmaz. Canbiryoldaş. Canbir olmaq. Uzun əsrlərdən bəri can deyib, can eşidən gürcülər, azərbaycanlılar həmişə canbir, qəlbbir olmuşlar.

CANBİRLİK (ID - 5683)

is. Çox yaxınlıq, səmimilik, mehribanlıq.

CAN-CAN (ID - 5684)

can-can demək - çox mehribanlıq göstərmək, nəvaziş göstərmək, riqqət göstərmək. Yetimə can-can deyən çox olar, çörək verən az. (Ata. sözü).

CANCIĞAZ (ID - 5685)

bax can-ciyər. O, mənim cancığazımdır.

CAN-CİYƏR (ID - 5686)

is. Çox yaxın, mehriban, canbir qəlbdə olan dostlar haqqında. O, mənim can-ciyərimdir. - [Dövlət bəy:] Biz tanış-biliş, can-ciyərik, dostuq. C.Cabbarlı. [Bülənd] getdikcə atası Abdulla kişiyə nə qədər oxşayırdı. Bülənd - Veysin...

CANÇƏKİŞMƏ(Sİ) (ID - 5687)

bax canvermə. Qəlbinin, nəbzinin çarpması, cançəkişmə zamanları son dəqiqələrini keçirməkdə olan xəstələrdə olan çarpmanın eynidir. A.Şaiq.

CANDANKEÇƏN (ID - 5688)

bax canındankeçən.

CANDƏRDİ (ID - 5689)

zərf Könülsüz, istəmədən, məcburi. Candərdi getməli oldu. Bir şeyi candərdi eləmək. - Şamxalbəy candərdi də olsa, Şahbəyin cavabını verdi. Ə.Əbülhəsən.

CAN-DİLDƏN (ID - 5690)

zərf Ürəkdən, səmimiyyətlə, məmnuniyyətlə, böyük həvəslə, vicdanla, sədaqətlə. Can-dillə işləmək. - [Əliqulu:] Ümidvaram ki, can-dillə qulluq edib, əmrinizi yerinə yetirərəm. S.S.Axundov. Onun xasiyyətinə “əhsən” deyib,...

CANƏFZA (ID - 5691)

[fars.] klas. Canlandıran, canlandırıcı, ruhlandırıcı. Müşkin saçından bulmuşam şol buyi-canəfzayi kim.. Nəsimi.

CANFƏŞAN (ID - 5692)

sif. [fars.] Canını əsirgəməyən, canını fəda edən, canından keçən.

CANFƏŞANLIQ (ID - 5693)

is. Həddindən artıq can yandırma, səy göstərmə, cəhd etmə. Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. F.Köçərli. [Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət...

CANFƏZA (ID - 5694)

sifi klas. Ürəkaçan, fərəhverən, könülaçan. Apardı könlümü bir xoş, qəməryüz, canfəza dilbər; Nə dilbər - dilbərişahid, nə şahid - şahidi-sərvər! Həsənoğlu. Müşkü ənbər saçından utandı; Canfəza müşk, tazə ənbərsən....

CANGÜDAZLIQ (ID - 5695)

is. klas. Canyandıranlıq, canıyananlıq; fədakarlıq. Şərm eylə bu eşqbazlıqdan; Bifaidə cangüdazlıqdan. Füzuli. Əgərçi bu növ cangüdazlıq [Yusif Sərraca] sadiq və xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, xırda bədbəxtliyinə...

CANGÜLÜM (ID - 5696)

is. Qızların dəstə ilə iki cərgədə üz-üzə durub oxuya-oxuya oynadıqları bir oyun adı. Sənəm qızyoldaşları ilə biryerdə yığışıb oynayırdılar və oxuyub qaval çalırdılar, .. “Cangülüm” oynayırdılar. E.Sultanov.

CANHACAN (ID - 5697)

zərf Ürəklə, məhəbbətlə, riqqətlə, nəvazişlə, oxşaya-oxşaya. Canhacan uşağı qucaqladı. - Bir mənim başıma gəldimi hicran; Kim basdı bağrına canhacan səni?.. S.Vurğun.
□ Canhacan olmaq
b a x canbir olmaq. Bütün kolxozçular...

CANHÖVLÜ (ID - 5698)

bax hövlnak.

CANIBƏRK (ID - 5699)

sif. Davamlı, möhkəm, dözümlü, sağlam. Canıbərk adam.

CANIBƏRKLİK (ID - 5700)

is. Davamlılıq, dözümlülük, möhkəmlik.

CANIÇIXMIŞ (ID - 5701)

is. Yüngül qarğış sözü. [Ana:] Oğul, yoluna qurban olum, nə vaxt gəldin ki, mən canıçıxmış bilmədim. Q.İlkin.

CANINDANKEÇƏN (ID - 5702)

sif. Bir iş və ya adam üçün canmı verməyə, canmı fəda etməyə, başından keçməyə hazır olan adam. Vətən üçün canındankeçən əsgər.

CANIŞİRİN (ID - 5703)

sif. Əziz, istəkli, xətirli. Bir də zəhmət verib, sizin kimi canışirin qonaqları tərpətməkdənsə, beləcə yaxşıdır... S.Rəhimov.

CANIYANAN (ID - 5704)

sif. Birinə ürəyi yanan, onun dərdinə qalan, qeydini çəkən, ona mehribanlıq və riqqət göstərən. Vamiqin Üzra tək canıyananı; Məcnunun Leyli tək qəmküsarı var. Q.Zakir. [Əlikram:] [Sənubər] camaat arasında canıyanan kimi.. şöhrət...

CANIYANANLIQ (ID - 5705)

is. 1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə. Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn.
□ Canıyananlıq...

CANIYANAR (ID - 5706)

bax canıyanan. Salman səsini ucaltmadan, guya doğrudan da canıyanar səslə dedi: - Elə mən də onu deyirəm, yoldaş Qoşatxan. M.İbrahimov.

CANIYANARLIQ (ID - 5707)

bax canıyananlıq 1-ci mənada.

CANİ (ID - 5708)

is. [ər.] Cinayət etmiş, cinayətkar. Kimi cani.. düşünür fitnə-fəsad; Kimi zövq əhli, dilər hər kəsişad. H.Cavid. Sən vətənə
soxulan hər caniyə, hər yada; Zərbələr vuracaqsan yerdə, göydə, dəryada. R.Rza. Tərlanın qanla...

CANİLİK (ID - 5709)

is. Cinayət etmə, cani olma; cinayətkarlıq.

CANİŞİN (ID - 5710)

is. [fars.] 1. Bir mənsəb sahibini əvəz edən, onun yerində oturan şəxs. [Fərraş Səttara:] Məgər sən özbaşınasan? O, şahzadədir, şahın oğludur, şahın canişinidir.. P.Makulu.
2. tar. Çar Rusiyasında: ucqar vilayəti padşah...

CANİŞİNLİK (ID - 5711)

is. tar. 1. Canişin vəzifəsi, adı.
// Canişin idarəsi. Vəfadar Tiflisə canişinliyə getmək, orada paruçik İvanovla görüşmək barədəki xahişini bildirdikdə İdris razılıq verdi. M.İbrahimov.
Canişinin idarəsi altında olan...

CANQURTARAN, CANQURTARICI (ID - 5712)

sif. Təhlükəli, çətin, çıxılmaz vəziyyətdən qurtaran, dardan qurtaran, dadaçatan. Canqurtaran yol. Canqurtarıcı cavab

CAN(LA)-BAŞLA (ID - 5713)

zərf Çox həvəslə, ürəkdən, səy və qeyrət göstərərək. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq. - Nə qədər varsa bu dünyada sevinc inciləri; Öz böyük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstəm. Fərman can-başla...

CANLANDIRICI (ID - 5714)

sif. Canlandıran, canverici, həyatverici, dirçəldici, gümrahlaşdırıcı. Canlandırıcı dağ havası. Günəşin canlandırıcı hərarəti.

CANLANDIRILMA (ID - 5715)

“Canlandırılmaq”dan fvs.

CANLANDIRILMAQ (ID - 5716)

“Canlandırmaq”dan məch. Vaqif əsərdə dövrünün həqiqi xalq qəhrəmanı, xalqın bütün mənəvi həyatı və zənginliklərinin tərcümanı kimi canlandırılmışdır. M.Arif.

CANLANDIRMA (ID - 5717)

“Canlandırmaq”dan f.is.

CANLANDIRMAQ (ID - 5718)

f 1. Can vermək, diriltmək. Xanlar belə bir insanı canlandırıb yarada bilərmi? S.Rəhimov.
// Ayıltmaq, özünə gətirmək. Özündən getmiş adamı canlandırmaq. - Bu fikirlər Veranı canlandırdı. S.Rəhman. [Hüseyn:] Onda canlandırar...

CANLANMA (ID - 5719)

“Canlanmaq”dan f.is. Bir canlanma, bir şənlik var; Geniş sinif otağında. M.Dilbazi. Məclisdə əvvəlki şuxluq olmasa da, yenə canlanma, tərpəniş başladı. B.Bayramov. Beş-altı dükandan və zibilli meydançadan ibarət həftə bazarında...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed