
CANIYANANLIQis. 1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə. Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn.
□ Canıyananlıq eləmək (göstərmək) - ürəyi yanmaq, həmdərd olmaq, ürəkdən acımaq, yazığı gəlmək. [Qərənfil:] İndi də başlamısınız Hümmətə canıyananlıq eləməyə. İ.Əfəndiyev. Bir dəfə nahar zamanı Fərman gənc fəhlələrlə danışarkən dostu ona yaxınlaşdı və süni bir canıyananlıq göstərdi. Ə.Sadıq. 2. Canıyananlıqla şəklində - ürəyi yanarcasına, acıyaraq, yazığı gələrək, halına yanaraq. Canıyananlıqla soruşmaq. - Dürdanə xanım canıyananlıqla dedi.. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|