.....i_l_by_id_with_comments CANALAN, CANALICI sözünün izahı / CANALAN, CANALICI sözünün mənası

İzahlı lüğət

CANALAN, CANALICI

sif. 1. Cəllad, adamöldürən, qaniçən. [Rüstəm:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm...Cabbarlı.
//məc. Üzücü, çox əziyyətli. Çox canalan işdir.
2. məc. Füsunkar, məftunedici, dilbər. Dilbilən, bir canalan, bir qəddi-şümşad almayım? Ömrümün axır dəmində almayım, şad olmayım. Ə.Nəzmi. Tovuzun canalıcı səsi [Əhmədi] dəlicəsinə məftun etmişdi. M.Süleymanov. [Qızın] canalıcı qaynar ala gözləri indi xüsusi bir qızğınlıqla parıldayır, ehtirasdan alışıb yanırdı. V.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....