İzahlı lüğət

CƏBHƏÇİ (ID - 5820)

is. Müharibə vaxtı cəbhədə olan və ya olmuş adam. Cəbhəçi ailəsi. Cəbhəçilərin bayramı. - Cəbhəçilər həmişə ön atəş xəttində dayanmalıdırlar. Ə.Vəliyev.

CƏBR1 (ID - 5821)

is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər. [Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı. Əvvəl gündən...

CƏBR2 (ID - 5822)

is. [ər.] Riyaziyyatm, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır.

CƏBRƏN (ID - 5823)

zərf Zorla, güclə, zor işlədərək, zorla məcbur edərək, məcburiyyət altında. Cəbrən razı olmaq. Cəbrən qəbul etmək. [Pəri Cadu:] Hər gün, deyəsən, məni cəbrən gətirirlər buraya. Ə.Haqverdiyev.

CƏBRİ1 (ID - 5824)

sif. 1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən. Hacıyevə nə üçünsə elə gəldi ki, bu gülüş cəbri bir gülüşdür. Ə.Əbülhəsən.
2. İcbari, məcburiyyət altında. Beş gün keçdi, məhbuslar azad olundu və arx üstə...

CƏBRİ2 (ID - 5825)

sif. riyaz. Cəbrə aid olan. İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər.

CƏBRŞÜNAS (ID - 5826)

is. [ər. cəbr və fars. ...şünas] Cəbr mütəxəssisi.

CƏDD (ID - 5827)

is. [ər.] Ata və ya ananm atası; baba; əcdad. Həzrəti-Yəqub .. sonra buyurdu ki, .. cəsədimi cəddim İbrahim Xəlil məzarında dəfn edəsiniz. A.Ə.Axundzadə.

CƏDD-ƏQRƏBA (ID - 5828)

is. [ər.] Bütün nəsil, qohum-əqrəba, ata-baba.

CƏDİD(Ə) (ID - 5829)

sif. [ər.] Yeni, təzə. Nə mədrəsə, nə müəllim, nə bir üsuli-cədidə; Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! M.Ə.Sabir.

CƏDVƏL (ID - 5830)

is. [ər.] Qrafalar üzrə müəyyən qaydada yığılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı. Dərs cədvəli. Oyun cədvəli. - Rüstəm kişi aram ilə trubkasını tüstülədərək, qabağındakı cədvəli gözdən keçirdiyindən,...

CƏDVƏLÇİ (ID - 5831)

is. Cədvəl düzəldən, cədvəl tərtib edən idarə və ya müəssisə işçisi. [Hacıyeva] elə gəldi ki, normaçılarınmı, cədvəlçilərinmi, mühəndislərinmi başsoyuqluğundan belə olmuşdur. Mir Cəlal.

CƏFA (ID - 5832)

is. [ər.] Əzab, əziyyət, üzüntü, incitmə. Xəzanə meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. X.Natəvan. [Vaqif:] Görmüşəm şahların vəfasını mən; Xanların zülmünü, cəfasını mən....

CƏFAÇI (ID - 5833)

b ax cəfakeş. Min tən ilə bir cəfaçı səyyad; Ol zarə yetmişdi, qıldı fəryad. Füzuli.

CƏFAKAR (ID - 5834)

sif. və is. [ər. cəfa vəfars. ...kar] Cəfaverən, əzabverən, incidən, zülmkar. Ol cəfakar nəzərdən bizi atmış kimidir; Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir. Q.Zakir. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq...

CƏFAKARLIQ (ID - 5835)

is. Cəfa vermə, əzab, əziyyət vermə; incitmə; zülmkarlıq.
□ Cəfakarlıq etmək - əzab vermək, incitmək, zülm etmək. [Cavad bəy:] Xan cənabınıza məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq...

CƏFAKEŞ (ID - 5836)

sif. [ər. cəfa və fars. keş] Cəfa çəkən, hər cür dərdə, əzaba dözən, möhnətə qatlaşan. Nə işdir, ey fələk, dildarı dildarından ayırmaq; Cəfakeş aşiqi yari-vəfadarından ayırmaq? Füzuli. Doğrudan.. ana qədər dözümlü...

CƏFALANMA (ID - 5837)

“Cəfalanmaq”dan f.is.

CƏFALANMAQ (ID - 5838)

CƏFALI (ID - 5839)

sif. Cəfaverən, əziyyətə düçar edən, incidən.

CƏFƏNG (ID - 5840)

sif. [ər.] Mənasız, boş, dəyərsiz. [Firəngiz Muxtara:] Bunlar çeynənmiş cəfəng sözlərdir. B.Bayramov. Əsədüddövlə saxta təkəbbürlü, özünüçəkən, ağızdan cəfəng bir adam idi. P.Makulu.

CƏFƏNGİYAT (ID - 5841)

is. [ər.] Cəfəng, boş, mənasız, dəyərsiz sözlər, çərən-pərən. ..Bağışla, molla əmi, deyəsən, çox cəfəngiyat söylədim. C.Məmmədquluzadə.

CƏFƏNGLƏMƏ (ID - 5842)

“Cəfəngləmək”dən f.is.

CƏFƏNGLƏMƏK (ID - 5843)

f. Boş-boş danışmaq, mənasız sözlər danışmaq, çərən-pərən danışmaq, çərənləmək.

CƏFƏNGLİK (ID - 5844)

is. Boşluq, mənasızlıq, dəyərsizlik. Cəfənglik eləmək.
// Cəfəng sözlər, cəfəngiyat, çərən-pərən.

CƏFƏRİ (ID - 5845)

is. [ər.] bot. Keşnişə oxşar yeyilən bostan bitkisi. Cəfəri toxumunda efiryağı var.

CƏFƏROTU (ID - 5846)

is. bot. Vəzəriyə oxşar yeyilən bostan bitkisi.

CƏFTƏ (ID - 5847)

is. [ər.] Möhkəm bağlanmaq üçün qapıya, pəncərəyə və s.-yə vurulan dəmir qarmaq. [Əbülhəsənbəy:] ..Xidmətçi yatan qapının çöldən cəftəsini vurdum. M.S.Ordubadi. Rəzələri paslanmış bir qapı küləkdən açılıb örtülür,...

CƏFTƏLƏMƏ (ID - 5848)

“Cəftələmək”dən f.is.

CƏFTƏLƏMƏK (ID - 5849)

CƏFTƏLƏNMƏ (ID - 5850)

“Cəftələnmək”dən f.is.

CƏFTƏLƏNMƏK (ID - 5851)

məch. Cəftə ilə bağlanmaq, cəftəsi vurulmaq. Qapı içəridən cəftələnib.

CƏFTƏLİ (ID - 5852)

sif. Cəftəsi olan. Cəftəli pəncərə. - Bir otaq qapısı qara cəftəli; Oturardıq, o dəli, mən dəli; Bəzən ta sübhə kimi şeir oxuyardıq; Məzəli-məzəli. R.Rza.
// Cəftə ilə bağlanmış, cəftəsi vurulmuş.

CƏFTƏSİZ (ID - 5853)

sif. Cəftəsi olmayan. Cəftəsiz qapı.

CƏFTƏŞƏKİLLİ (ID - 5854)

sif. Cəftəyəoxşar, cəftə kimi.

CƏHALƏT (ID - 5855)

is. [ər.] Avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq. [Məhərrəm:] Ah! Cəhalət!...

CƏHALƏTPƏRƏST (ID - 5856)

is. [ər. cəhalət və fars. ...pərəst] Kütlələrin cəhalətdə qalmasını istəyən, yeniliyə, tərəqqiyə, maarifə düşmən olan adam; irticaçı, maarif düşməni.

CƏHALƏTPƏRƏSTLİK (ID - 5857)

is. Cəhalət tərəfdarlığı, cəhalətpərəst adamın zehniyyəti və işi, elmə, mədəniyyətə və maarifə düşmən olma. Cəhalətpərəstlik bütün mədəniyyət üçün böyük bir təhlükə yaradır.

CƏH-CƏH (ID - 5858)

təql. Quşların ötərkən çıxardıqları xoş səs. Quşların cəh-cəhi havaya ucaldı. S.S.Axundov. Quşlar... cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Qarışdı qaqqıltılar;...

CƏHD (ID - 5859)

is. [ər.] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə. [Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli. Sübhanverdizadənin...

CƏHDLƏ (ID - 5860)

zərf Böyük səylə, ciddi çalışmaqla, ciddi işləməklə. Cəhdlə işləmək. Cəhdlə siçan taxtanı dələr. (Ata. sözü). Yarışda basılmamaq üçün .. cəhdlə işə girişməliyik. (Qəzetlərdən).

CƏHDLİ (ID - 5861)

sif. Çalışqan, cəhd göstərən, canyandıran.

CƏHƏNG (ID - 5862)

is. Ağızın küncü. [Musanın nəvəsi] .. şalvar cibindən çıxartdığı ağappaq bir yaylıqla cəhənglərinə bulaşan qatığı təmizcə sildi. Qantəmir. Qəzəbindən [Göyüşün] cəhənglərində köpük göründü. Ə.Abbasquliyev.

CƏHƏNNƏM (ID - 5863)

is. [ər.] 1. Bu dünyada günah işlər görmüş adamların öldükdən sonra əbədi əzab çəkəcəkləri yer. [Xortdan:] Nagah xəyalıma cəhənnəm düşdü. Ə.Haqverdiyev. [Arvadı ustaya:] A kişi, ağanın .. dalınca o qədər adam gedəcək...

CƏHƏNNƏMLİK (ID - 5864)

1. sif. Qarğış, söyüş məqamında işlənilir. [Oğlan:] Bəli, cəhənnəmlik Nikolayın babası bizim babaları bu yerlərə sürgün etmişdi. M.Rzaquluzadə.
2. Cəhənnəmi andıran, cəhənnəm kimi; dəhşətli. Mənim bu gün cəhənnəmlik...

CƏHƏT (ID - 5865)

is. [ər.] 1. Tərəf, yön, səmt. Cəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. Mir Cəlal.
Bir şeyin tərkib hissəsi, elementi. Məfhumun iki cəhəti. - İndi məsələnin ikinci cəhəti...

CƏHƏTCƏ (ID - 5866)

zərf ...baxımından, ...görə, .etibarilə. Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin ziynət və zənginlik cəhətcə ən böyüyüdür. M.S.Ordubadi.

CƏHL (ID - 5867)

is. [ər.] 1. Nadanlıq, avamlıq, cahillik, cəhalət. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Cəhlin əllərində qılınc görürsən; Ağlın ayağında qara bir tikən. M.Müşflq.
2. sif. Çox kəc, çox...

CƏHLKAR (ID - 5868)

sif. və is. [ər. cəhl və fars. kar] Tərs, inadcıl, höcət, inad, dediyindən əl çəkməyən, inadkar. Çox cəhlkar adamdır.

CƏHRƏ (ID - 5869)

is. 1. Yun əyirmək üçün əl ilə işlədilən ən sadə alət. İydə varsa, cəhrədə də var. (Məsəl). Mahmudun evinin qabağı. Sol tərəfdə evinin qapısı, qapının yanında bir cəhrə qoyulub. Ə.Haqverdiyev. [Göyçək] sonra da cəhrənin...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed