
CƏFAKEŞsif. [ər. cəfa və fars. keş] Cəfa çəkən, hər cür dərdə, əzaba dözən, möhnətə qatlaşan. Nə işdir, ey fələk, dildarı dildarından ayırmaq; Cəfakeş aşiqi yari-vəfadarından ayırmaq? Füzuli. Doğrudan.. ana qədər dözümlü cəfakeş məxluq yoxdur. Ə.Vəliyev. Beyrək vəyoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|