CƏNG1 (ID - 5920)is. [ər.] köhn. Dava, müharibə, vuruş, döyüş. Ağız açıb göylər belə heyran qaldı bu cəngə! S.Rüstəm.
□ Cəng etmək - müharibə etmək, vuruşmaq, döyüşmək. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın... |
CƏNG2 (ID - 5921)is. [fars.] Paxır, pas. Mis qazan cəng atıb.
|
CƏNGAVƏR (ID - 5922)sif. [fars.] Cəsarətli, məharətli döyüşçü, yaxşı vuruşan, döyüşlərdə bişmiş döyüşçü; döyüşkən. Cəngavər tayfalar. - [Çopo:] Cənubda cəngavər xalqlar var, məni göndər də ordu toplayım. Çəmənzəminli. [Südabə:]...
|
CƏNGAVƏRCƏSİNƏ (ID - 5923)zər/Cəngavərə, cəsur döyüşçüyə yaraşan tərzdə, cəngavər kimi. Cəngavərcəsinə vuruşmaq.
|
CƏNGAVƏRLİK (ID - 5924) |
CƏNG-CİDAL (ID - 5925)is. [fars.] köhn. Dava-dalaş, dava-mərəkə, qalmaqal. [Səkinə Rüstəmə:] A kişi, - dedi, - eşitmişəm orada da cəng-cidal açmısınız. M.İbrahimov.
// Müharibə, vuruş, dava. Başının üstündən əsrlərin cəng-cidalı ötüb... |
CƏNGƏL (ID - 5926)is. [fars.] Sıx, qalın ağac, kolkos, ot basmış yer. Cəngəl də özünü bağ sanar. (Ata. sözü). [Ağa Kərim xan:] Görürsünüz, Züleyxa xanım, mənim qızım nə tez qalxıb, ..məlum işdir, cəngəldə ot tez bitər. N.Vəzirov. Allahverən...
|
CƏNGƏLLİK (ID - 5927)is. Sıx ağaclıq, kolluq, kolkosluq; keçilməz qalın meşə, ya kolluq. Cəngəllikdə itmək. - Həmişə [Hidayətə] arıq, cansız-gücsüz görünən Həmişəyev .. cəngəllik içərisindən atılmağa hazır olan erkək şir kimi görünürdü....
|
CƏNGİ (ID - 5928)is. [fars.] mus. Qəhrəmanlıq və cəngavərlik ruhunda hava. [Eldar:] Zalıma gözdağı, bizə şan qılınc; Azadlıq uğrunda vuruşan qılınc. İndi dayansın Qacar! Cəngi çalın, hücum var! S.Vurğun. Koroğlunun cəngi havası dağlara, dərələrə...
|
CƏNGİMƏ (ID - 5929)“Cəngimək”dən f.is.
|
CƏNGİMƏK (ID - 5930)f Paxır basmaq, pas atmaq, paslanmaq.
|
CƏNNƏT (ID - 5931)[ər.] bax behişt. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə nə əskik idi, genə Allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! M.F.Axundzadə. Deyirlər ki, qış fəslində cənnətin qapıları Muğana...
|
CƏNNƏTLİK (ID - 5932)bax behiştlik.
□□ Cənnətlik olsıııı! - yeri cənnət olsun! (ölmüş adam haqqında). [Qadın:] Kişi çox başlı adam imiş, cənnətlik olsun! Mir Cəlal. |
CƏNUB (ID - 5933)is. [ər.] 1. Dörd cəhətdən biri, şimal əksi. Kompas cənubu göstərir.
// Şimala müqabil olan səmt, tərəf. Calus Xəzərin cənub sahilində yaşıl bir şəhərdir. M.İbrahimov. // Bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə... |
CƏNUBİ (ID - 5934)sif. [ər.] Cənuba mənsub, isti iqlim qurşağma aid; cənubda olan. Cənubi Amerika ölkələri.
|
CƏNUB-QƏRB (ID - 5935)is. Üfüqün cənubla qərb arasındakı hissəsi, səmti. Cənub-qərbə gedən yol.
// Ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən hissəsi. Avropanın cənub-qərbi. |
CƏNUBLU (ID - 5936)sif. Cənub ölkələrinin birində doğulub yaşayan adam. ..Leninqradın havası rütubətli olduğundan, bir çox cənublular kimi.. [Nuriyyəyə] də düşmür. İ.Əfəndiyev.
|
CƏNUB-ŞƏRQ (ID - 5937)is. Üfüqün cənubla şərq arasındakı hissəsi, səmti. Cənub-şərqə tərəf istiqamət almaq.
// Ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən hissəsi. Afrikanın cənub-şərqi. |
CƏRCƏNƏK (ID - 5938)is. Omba sümüklərini birləşdirən buğum.
□ Cərcənək olmaq - omba ağrısı tutmaq. [Rüstəm kişi:] Çünki tələsərsən, cərcənək olarsan. M.İbrahimov. □□ Cərcənəyini ayırmaq - əzişdirmək, kötəkləmək, cəzalandırmaq.... |
CƏRƏYAN (ID - 5939)is. 1. Suyun öz məcrası ilə axması; axm. İti cərəyan.
// Dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınmm özü. Dəniz cərəyanları. İsti cərəyan.... |
CƏRƏYANÖLÇƏN (ID - 5940)is. xüs. Elektrik və ya su cərəyanmm gücünü ölçmək üçün cihaz.
|
CƏRGƏ (ID - 5941)b ax sıra. Qadın üzünü çevirərək: - Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, - deyə, uca səslə komanda etdi. S.S.Axundov. Yolun hər iki tərəfi bir neçə cərgə ağaclıq idi. M.Rzaquluzadə.
|
CƏRGƏARASI (ID - 5942)bax cərgələrarası.
|
CƏRGƏBƏCƏRGƏ (ID - 5943) |
CƏRGƏ-CƏRGƏ (ID - 5944)zərf Cərgələrlə, sırasıra, səf-səf, cərgələr halında. Cərgə-cərgə durmaq. - Əllərdə yellənən qızıl bayraqlar; Gəlir cərgə-cərgə dalğalar kimi. S.Vurğun. Güclü biləyimizdə zamanın nəbzi vursun; Önümüzdə balalar...
|
CƏRGƏLƏMƏ (ID - 5945)1. “Cərgələmək”dən f.is.
2. zərf mənasında. Cərgə ilə, cərgə-cərgə, sıra-sıra. Evlər cərgələmə tikilib. |
CƏRGƏLƏNMƏ (ID - 5946) f. “Cərgələnmək”dən f.is.
|
CƏRGƏLƏNMƏK (ID - 5947)f. Cərgə-cərgə, sırasıra düzülmək, durmaq, sıralanmaq. Baxın cərgələnib keçən əsgərə; Səsinə səs verir hər dağ, hər dərə. S.Vurğun.
|
CƏRGƏLƏRARASI (ID - 5948)sif. k.t. Əkilmiş bitki cərgələri arasında olan. Cərgələrarası sahə. Əkinlərin cərgələrarası becərilməsi. - [Bilal:] ..Cərgələrarası suvarma cızlarını çəkmək böyük ustalıq istəyir. B.Bayramov.
// is. Əkilmiş bitki... |
CƏRGƏLƏŞMƏ (ID - 5949)“Cərgələşmək”dən f.is.
|
CƏRGƏLƏŞMƏK (ID - 5950)bax cərgələnmək. Bir qədər də oturub.. Quzu dağına və günbatandan gündoğana cərgələşən xırdaca dağlara tamaşa etməyi qəsd etdimsə, bacarmadım... A.Divanbəyoğlu.
|
CƏRGƏLİ (ID - 5951)sif. k.t. Düzgün cərgə, sıra ilə əkilən. Cərgəli əkin üsulu.
|
CƏRGƏVİ (ID - 5952)1. Bax sıravi. Cərgəvi döyüşçü.
2. Cərgə-cərgə, sıralarla, sıra ilə. Gübrənin torpağa cərgəvi üsulla verilməsi. - Yeni çay tarlasında bitkilər cərgəvi üsulla əkilmişsə, 2ci il payızın əvvəllərində cərgələrdə... |
CƏRİDƏ (ID - 5953)is. [ər.] köhn. Qəzet. [Qəzetçi:] Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. M.Ə.Sabir. Hərənin bir etiqadı var, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var.. C.Məmmədquluzadə.
|
CƏRİMƏ (ID - 5954)is. [ər.] Pulla ödənilən cəza növü. [Fəxrəddin:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır. M.S.Ordubadi.
// Öhdəliyi yerinə yetirmədiyinə, qaydanı pozduğuna... |
CƏRİMƏLƏMƏ (ID - 5955)“Cərimələmək”dən f.is.
|
CƏRİMƏLƏMƏK (ID - 5956)f. Birinə pul cəzası kəsmək: cərimə etmək. Muzdur iltica ilə ondan soruşdu: ağruvi alım, bəy, axır bilmədim, pirğuror ağa məni Sibirə göndərir, yoxsa cərimələyir? S.M.Qənizadə. [Mahmud:] Heç bilirsən, ərbab nə eyləyib? Dədəmgili...
|
CƏRİMƏLƏNMƏ (ID - 5957)“Cərimələnmək”dən f.is.
|
CƏRİMƏLƏNMƏK (ID - 5958)məch. Cərimə edilmək, cərimə alınmaq.
|
CƏRRAH (ID - 5959)is. [ər.] Xəstələri yarmaq üsulu ilə müalicə edən həkim. Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını çağırtdı. S.S.Axundov. Cərrahlar yorulmayıb bıçaqlarını işlədirdi. S.Rəhimov. Bəhramı cərrah stoluna qoyanda həkim...
|
CƏRRAHİ (ID - 5960)sif. [ər.] Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahi əməliyyat. Cərrahi anatomiya. Cərrahi xəstə (cərrahlıq üsulu ilə müalicə olunmalı xəstə).
|
CƏRRAHİYYƏ (ID - 5961) |
CƏRRAHLIQ (ID - 5962)is. 1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin...
|
CƏSAMƏT (ID - 5963) |
CƏSAMƏTLİ (ID - 5964)sif. Böyük, iri, yekə, cüssəli. Cəsamətli at.
|
CƏSARƏT (ID - 5965)is. Qorxmazlıq, hünər, cürət. Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq.
// Cürət. [Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn... |
CƏSARƏTLƏNDİRMƏ (ID - 5966)“Cəsarətləndirmək”dən f.is.
|
CƏSARƏTLƏNDİRMƏK (ID - 5967)f. Cəsarət vermək, ürək vermək, ürəkləndirmək, ruhlandırmaq. Səadət xanımın sualları məni cəsarətləndirirdi. Mir Cəlal.
|
CƏSARƏTLƏNMƏ (ID - 5968)“Cəsarətlənmək”dən f.is.
|
CƏSARƏTLƏNMƏK (ID - 5969)f. Cəsarət etmək, qorxusu gedib cürətlənmək, ürəklənmək; özündə cəsarət hiss etmək; ruhlanmaq; daha heç şeydən qorxmamaq. [Qaçaqlar] elə şiddətli cəsarətlənmişdilər ki, nəinki kəndlərə, hətta balaca şəhərlərə də...
|
Bu səhifə dəfə baxılıb