
CƏNGİis. [fars.] mus. Qəhrəmanlıq və cəngavərlik ruhunda hava. [Eldar:] Zalıma gözdağı, bizə şan qılınc; Azadlıq uğrunda vuruşan qılınc. İndi dayansın Qacar! Cəngi çalın, hücum var! S.Vurğun. Koroğlunun cəngi havası dağlara, dərələrə səs saldı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|