İzahlı lüğət

CƏRRAHLIQ

is. 1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin operasiya üsulu ilə müalicəsi).
// Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahlıq təcrübəsi. Cərrahlıq klinikası. - Son dərəcə müxtəlif olan zədələnmələrin öyrənilməsi cərrahlıq sahəsinə aid olduğu üçün bu amillərin orqanizmə ancaq ümumi təsirini nəzərdən keçirək. “İnsan nədən xəstələnir”.
// Operasiya əməliyyatlarında istifadə edilən. Cərrahlıq alətləri. Cərrahlıq qayçısı.
// Operasiya ilə həyata keçirilməli olan; operasiyalıq. On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Mir Cəlal.
2. Cərrahın işi, peşəsi, sənəti, ixtisası. Cərrahlıqla məşğul olmaq. Cərrahlıq çətin sənətdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed