
CƏNG1is. [ər.] köhn. Dava, müharibə, vuruş, döyüş. Ağız açıb göylər belə heyran qaldı bu cəngə! S.Rüstəm.
□ Cəng etmək - müharibə etmək, vuruşmaq, döyüşmək. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazandaran divlərinin surəti yazılmışdı ki, bir-birilə cəng edirdilər. M.F.Axundzadə. Od, tüstü içində etmişəm cəng; Heç olmamışam bu növ diltəng. A.Səhhət. Paylaşın - Hamı bilsin
|