İzahlı lüğət

CƏRİMƏ

is. [ər.] Pulla ödənilən cəza növü. [Fəxrəddin:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır. M.S.Ordubadi.
// Öhdəliyi yerinə yetirmədiyinə, qaydanı pozduğuna görə verilən cəza, yaxud alınan nəğd pul. Həcərin atası Mahmud bəyin yanına gəlir. Bu qədər cərimə verdikdən sonra Nəbini buraxdırır. “Qaçaq Nəbi”. [Hacı Fərəc:] ..İstəyirsənmi, müqavilənipozub, səndən iki yüz manat cərimə alım, ha? N.Vəzirov. [Tahir:] Neçə həftədir bir yol da cərimə verməmişəm. M.Hüseyn.
□ Cəriməsini vermək - zərəri pulla ödəmək, pulla əvəzini vermək. [Ata:] Oğul, Rövşən, get buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CEM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed