İzahlı lüğət

CAVANCA (ID - 5770)

sif. Cavan, lap cavan. Cavanca bir oğlan içəri girdi.

CAVANCASINA (ID - 5771)

zərf Cavan (gənc) kimi, cavana (gəncə) yaraşan tərzdə. Cavancasına hərəkət etmək.

CAVANƏZƏN (ID - 5772)

is. [fars.] Cavan qadın. Əlbəttə, əlbəttə, həyanın özü cavanəzən üçün böyük gözəllikdir. N.Vəzirov. [Telli:] Bütün kənddə heç bir cavanəzənin elə zərif xalçaları yoxdur. S.Hüseyn.

CAVANLANMA (ID - 5773)

“Cavanlanmaq”dan f.is.

CAVANLANMAQ (ID - 5774)

bax cavanlaşmaq.

CAVANLAŞDIRMA (ID - 5775)

“Cavanlaşdırmaq”dan f.is.

CAVANLAŞDIRMAQ (ID - 5776)

f. 1. Daha cavan göstərmək. Bu paltar onu lap cavanlaşdırır.
2. məc. Gümrahlaşdırmaq, güc, qüvvət, enerji vermək. Narzan vannaları adamı lap cavanlaşdırır. Dağ havası qocaları da cavanlaşdırır.

CAVANLAŞMA (ID - 5777)

“Cavanlaşmaq”dan f.is.

CAVANLAŞMAQ (ID - 5778)

f. 1. Gündən-günə yaxşılaşmaq, cavan görünmək; özünü cavan kimi qıvraq hiss etmək; gəncləşmək. “Ay ellər! ” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər deməkdən. S.Vurğun. Oğul anasına diqqətlə nəzər saldı:...

CAVANLIQ (ID - 5779)

is. Cavan yaşlar, gənclik dövrü, gənclik (qocalıq ziddi). Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq! M.Ə.Sabir. Bir az sükutdan sonra Yusif dedi: - Cavanlıqdır, zərər yoxdur. N.Nərimanov.
// Cavanlıqda - gənc...

CAVANLI-QOCALI (ID - 5780)

sif. Həm cavanlar, həm qocalar, hamılıqla. Cavanlı-qocalı tökülüşüb gəldilər. Cavanlı-qocalı hamı da bunlara qoşulmuşdu.

CAVANMƏRD (ID - 5781)

[fars.] bax comərd.

CAVANMƏRDLİK (ID - 5782)

bax comərdlik.

CAVANYANA (ID - 5783)

sif. Cavana yaraşan, cavana münasib olan. Cavanyana geyinmək.

CAVİD (ID - 5784)

sif. və zərf[fars.] klas. Əbədi, daimi, həmişəyaşar, ölməz. Meydir ləbi, əmma bu meyin nəşəsi cavid; Güldür üzü, amma bu gülün var bəqası. Q.Təbrizi. Dünyada varsa dövləti-cavid, o eşqdir; Olmaz sevib-sevilməyən ömründə...

CAVİDAN (ID - 5785)

[fars.] klas. Bax cavid.

CAVİDANİ (ID - 5786)

bax cavid. Şairim! Qəm yemə, alami-cəhan, fanidir; Cavidani yaşayış ləzzəti-rühanidir. M.Hadi.

CAYDAQ (ID - 5787)

sif. dan. Uzun, arıq, uzundraz. Caydaq adam. Caydaq oğlan. - [Tahir] hələlik - deyə, gülə-gülə uzun, caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Kələntərlini yaxından tanıyanlar.. bilirdilər ki, bu hacıleylək kimi caydaq...

CAYNAQ (ID - 5788)

is. 1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı. - [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. S.S.Axundov....

CAYNAQLAMA (ID - 5789)

“Caynaqlamaq”dan f.is.

CAYNAQLAMAQ (ID - 5790)

f Caynağı ilə tutmaq, caynağı ilə tutub götürmək.

CAYNAQLAŞMA (ID - 5791)

“Caynaqlaşmaq”dan f.is.

CAYNAQLAŞMAQ (ID - 5792)

qarş. Bir-birini caynaqla didmək, caynaqlarını işə salaraq birbirilə döyüşmək.

CAYNAQLI (ID - 5793)

CAZ (ID - 5794)

is. [ing.] 1. Əsas hissəsi nəfəsli və zərbli alətlərdən ibarət olan orkestr. Meri səhnədədir, Meri oxuyur; Qulaqlar tutulur cazın səsindən. NXəzri. Caz orkestri durmadan çalır, rəqqasələr .. oynayırlar. S.Vəliyev.
2. Belə orkestrdə...

CAZİBƏ (ID - 5795)

is. [ər.] 1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.
2. məc. İnsanın könlünü cəzb...

CAZİBƏDAR (ID - 5796)

[fars.] bax cazibəli. Cazibədar gözəllik. Cazibədar mənzərə. - On doqquz-iyirmi yaşlarında olan [Südabə] cazibədar bir gözəlliyə malik idi. M.İbrahimov. [Sona] bahar axşamı kimi təzə, ətirli və cazibədar idi. Ə.Əbülhəsən....

CAZİBƏDARLIQ (ID - 5797)

is. Cazibəlilik, cəzbedicilik, cazibə qüvvəsinə malik olma; lətafət. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Səmədin] qarşısında dayanıb, sehirlənmiş kimi yerindən tərpənə bilmirdi. Çəmənzəminli. Olduqca cazibəli...

CAZİBƏLİLİK (ID - 5798)

is. Cazibə qüvvəsi; insanın könlünü cəzb etmə xassəsi; cazibə, lətafət.

CE (ID - 5799)

“C” hərfinin və bu hərflə işarə olunan samitin adı.

CECƏ (ID - 5800)

is. 1. Bəzi yağlı bitkilərin yağını sıxıb çıxardıqdan sonra qalan toxumu, qalıqları. Çiyid cecəsi. Qarğıdalı cecəsi. - Zeytun meyvələrinin yağı çıxarıldıqdan sonra yerdə qalan cecə (jmıx) heyvanların yemlənməsi üçün...

CECƏDOĞRAYAN (ID - 5801)

is. xüs. Cecə doğrayan alət, maşın.
// Sif. mənasında. Cecədoğrayan maşın. Cecələri cecədoğrayan maşın xırdalayır.

CECİM (ID - 5802)

is. Arasma yorğan-döşək və s. yığmaq, döşəməyə salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtəlif rəngli iplərdən toxunan zolaqlı, yaxud naxışlı döşənəcək. Xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şuşa sövdəgəri...

CEHİZ (ID - 5803)

is. Ərə gedərkən ata evindən qıza verilən əşyalardan ibarət hədiyyə. [Telli:] Məni yandıran cəhət burasıdır ki, İslam ikinci arvadını mənim cehizimlə aldı. S.Hüseyn. Gəlinlər, qızlar nişanlının cehizini həyətin ortasında...

CEHİZLİ (ID - 5804)

sif. Cehizi olan, özü ilə cehiz aparan (gətirən). Cehizli gəlin.

CEHİZLİK (ID - 5805)

is. Cehiz kimi ayrılmış, cehiz olaraq verilmiş. Cehizlikxalı. Cehizlik qablar.
Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. Çəmənzəminli. [Rza:] [Anam] qat kəsmiş cehizlik boğçasını açdı.. M.İbrahimov.

CEHİZSİZ (ID - 5806)

sif. Cehizi olmayan. Cehizsiz gəlin. Toy cehizsiz, gəlin yengəsiz olmaz. (Ata. sözü). - Göydə ulduzlar; Şaxtalı buzlar: Cehizsiz qızlar; Bu balama qurban. (Layla).

CEM (ID - 5807)

is. [ing. jam - mürəbbə] Meyvə və giləmeyvədən hazırlanan qatı mürəbbə. Alma cemi. Qaysı cemi. Pasterizə edilmiş cem.

CEMPER (ID - 5808)

is. [ing.] Yaxalıqsız toxunma kofta, fufayka. Qırmızı cemper.

CENTLMEN (ID - 5809)

is. [ing.] 1. Aristokrat cəmiyyətinin qayda-qanunlarına və əxlaq normalarına ciddi riayət edən adam.
Öz ciddi, qəşəng geyimi, incə davranışı ilə fərqlənən nəzakətli, tərbiyəli adam haqqında. Burada mən dayandım və kənarda...

CEYRAN (ID - 5810)

is. Antilop cinsindən irigözlü, incəayaqlı, sürətlə qaçan zərif heyvan. Ceyranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi. (Məsəl). Ceyran çox iti qaçan və həssas heyvandır. İ.Əfəndiyev. Bahadur ceyrana baxdı, ceyranın...

CEYRANBAXIŞLI (ID - 5811)

bax ceyrangöz(lü). Ceyranbaxışlı dilbər, durnagözlü nazənin; Ömründə görməmişdir nə göz yaşı, nə ənin. N.Rəfibəyli.

CEYRANBASAN (ID - 5812)

sif. İti qaçan. Ceyranbasan at. - Bu ayqır 'Beyrəkin ceyranbasan boz atı idi. M.Rzaquluzadə.

CEYRANGÖZ(LÜ) (ID - 5813)

sif. İri, qəşəng gözləri olan. Göllərində ördəkləri üzərlər; Çöllərində maralları gəzərlər; Güllərindən gəlinlər tac bəzərlər; Ceyrangözlü qızları var ölkəmin. C.Cabbarlı. Sən ceyrangözlüsən, çatmaqaşlısan;...

CEYRANI (ID - 5814)

CEYRANKEÇMƏZ (ID - 5815)

sif. Çox dar, keçilməsi çətin. Ceyrankeçməz yol.

CEYRANOTU (ID - 5816)

is. bot. Bəzi növlərinin üstü xovlu tükcüklərlə örtülü uzun qılçıqlı ot - bitki.

CƏBƏL (ID - 5817)

is. məh. Dağ, çətin qalxılan yer.

CƏBBƏXANA (ID - 5818)

is. [ər. cəbhə və fars. ...xanə] Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal. [Fəxrəddin] əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib-keçən kişilərə və qadınlara baxırdı. M.S.Ordubadi. [Səttarxanla...

CƏBHƏ (ID - 5819)

is. [ər.] hərb. 1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt. Cəbhə boyu hücuma keçmək.
Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev. Qəhrəmanla Eldar cəbhə yoldaşı...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed