
CƏBBƏXANAis. [ər. cəbhə və fars. ...xanə] Silah və hərbi sursat saxlanan yer, anbar; arsenal. [Fəxrəddin] əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib-keçən kişilərə və qadınlara baxırdı. M.S.Ordubadi. [Səttarxanla Bağırxan] cəbbəxana tərəfə keçmək istəyirdilər ki, bir çörək dükanının qabağında böyük qələbəlik gördülər. P.Makulu.
// Hərbi sursat, hərbi ləvazimat. // məc. Böyük ehtiyat mənbəyi. Ədəbiyyat dilin cəbbəxanasıdır. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|