İzahlı lüğət

CƏBHƏ

is. [ər.] hərb. 1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt. Cəbhə boyu hücuma keçmək.
Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev. Qəhrəmanla Eldar cəbhə yoldaşı idilər. M.Rzaquluzadə.
// Hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat. Cəbhə ləğv edilmişdir.
// Müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. Cəbhə komandanı. Cəbhə qərargahı.
məc. Eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. Bir cəbhənin adamları. - Hərə öz cəbhəsində; Bir vəzifə daşıyır. M.Rahim.
// Hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. İdeoloji cəbhə. Əmək cəbhəsi. - “Əkinçi” nəşr edildiyi gündən son nömrəsinə qədər iki cəbhə, iki ictimai görüş və iki meyil arasında gedən mübarizəni əks etmişdir. M.İbrahimov.
// məc. Bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.
meteor. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. Atmosfer cəbhəsi.
□□ Hər iki cəbhədə - iki istiqamətdə. Hər iki cəbhədə fəaliyyət göstərmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed