İzahlı lüğət

CAYNAQ

is. 1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı. - [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. S.S.Axundov. [Yusif Şahmara:] Yeməli quşların - qırqovulun, kəkliyin, turacın caynağı üç olur. B.Bayramov. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.
2. məc. Çəng. Caynağına keçmək. - [Bədəl:] Cəmaətimiz xan caynağından qurtarıb, öz əlinin əməyini rahət yeyib yaşayır. Ə.Haqverdiyev. [Səlbinaz xanım anasına:] ..Məni nədən ötrü bu kaftarın caynağına vermisən... N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

CIR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed