İzahlı lüğət

CƏHRƏÇİ (ID - 5870)

is. köhn. Başqaları üçün cəhrədə yun əyirən.

CƏHRƏÇİLİK (ID - 5871)

is. köhn. Cəhrədə yun əyirmə işi, peşəsi. Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov. Mən uşaqları cəhrəçiliklə böyütdüm. S.Rəhimov.

CƏLAYİ-VƏTƏN (ID - 5872)

[ər.] Vətənindən ayrı düşmüş, dərbədər düşmüş, həyatını qürbətdə keçirən.
□ Cəlayi-vətən olmaq - vətənindən ayrı düşmək, yurdsuz-yuvasız olmaq, qürbətə düşmək, dərbədər düşmək. [Qurbani:] Nə müddətdi...

CƏLB (ID - 5873)

[ər.] Özünəçəkmə, cəzbetmə.
Cəlb etmək - 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək. - [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn]...

CƏLBEDİCİ (ID - 5874)

sif. Çox cəlb edən, çox maraqlı. Cəlbedici kitab. Məclisdə, qonaqlıqda maraqlı və cəlbedici söhbət etmək bacarığı çox yüksək qiymətləndirilir.

CƏLD (ID - 5875)

sif. 1. zərf Tez, iti, yeyin, dərhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çevrilmək. - Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb, cəldyerə atıldı....

CƏLDLƏŞDİRMƏ (ID - 5876)

“Cəldləşdirmək”dən f.is.

CƏLDLƏŞDİRMƏK (ID - 5877)

f Sürətini artırmaq, yeyinlətmək.

CƏLDLƏŞMƏ (ID - 5878)

“Cəldləşmək”dən f.is.

CƏLDLƏŞMƏK (ID - 5879)

f İşində, hərəkətlərində daha cəld olmaq, zirəklik, çeviklik göstərmək.

CƏLDLİK (ID - 5880)

is. Diribaşlıq, zirəklik, çeviklik; hərəkətdə, işdə itilik, sürət. Məmmədvəli bir quş cəldliyi ilə ayağa qalxdı, o biri otağa keçdi. S.Rəhman. Lakin [Əkbər] heç vaxt .. özündə belə cəldlik, cəsarət və möhkəmlik hiss...

CƏLƏ (ID - 5881)

is. At quyruğu qılından ilmək şəklində düzəldilən tələ; duzaq. Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.
// Məc. mənada. [Ağa:]...

CƏLƏSƏ (ID - 5882)

is. [ər.] köhn. İclas, məclis. İndi.. cələsə olacaq, gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm. M.İbrahimov. [Hacı Əli:] Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermək istəyirəm. P.Makulu.

CƏLLAD (ID - 5883)

is. [ər.] 1. Ölüm hökmünü icra edən adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. “Koroğlu”. ..Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı).
məc. Qaniçən, qəddar, mərhəmətsiz adam. [Rəhim:]...

CƏLLADLIQ (ID - 5884)

is. Zalımlıq, qəddarlıq, amansızlıq, mərhəmətsizlik, yırtıcılıq. [Elxan:] Mən üzümə bir din qalxanı çəkib, cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C.Cabbarlı.

CƏM (ID - 5885)

is. [ər.] 1. Bir şeyin ümumi sayı, miqdarı, toplusu.
□ Cəm etmək (eləmək) - toplamaq, yığmaq. Xülasə, yoldaşlarımı biryerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə. C.Məmmədquluzadə. Azacıq məvacibə qənaət...

CƏMADAT (ID - 5886)

is. [ər.] klas. Cansız təbiət. Əkin yeri iki qisim şeydən əmələ gəlib: birisi cansız şeydən, yəni cəmadatdan və birisi canlı şeydən, yəni heyvanat və nəbatatdan məxluq olan şeylərdən. (Qəzetlərdən).

CƏMADİYƏLAXİR (ID - 5887)

is. [ər.] Ərəb qəməri təqvimində altıncı ayın adı.

CƏMADİYƏLƏVVƏL (ID - 5888)

is. [ər.] Ərəb qəməri təqvimində beşinci ayın adı.

CƏMADİYƏSSANİ (ID - 5889)

bax cəmadiyəlaxir.
[Hacı Əli:] Dedim ki, yazır, cəmadiyəssani ayının 14-də şah məşrutənin hökmünü verib. P.Makulu.

CƏMDƏK (ID - 5890)

is. 1. Heyvan ölüsü, leş, cəsəd. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi.
2....

CƏMDƏKYEYƏN (ID - 5891)

is. Cəmdək, leş yeməklə dolanan yırtıcı quş.

CƏMƏN, CƏMİYYƏN (ID - 5892)

zərf [ər.] köhn. Bütünlüklə, hamılıqla, hamısı bir yerdə, tamamilə. Mən girəndə cəmən durdular ayağa. C.Məmmədquluzadə. Karvan cəmiyyən, arvadlı-kişili məzarın ətrafına yığışıb tamaşa edirdilər. E.Sultanov.

CƏMİ (ID - 5893)

is. [ər.] Bütün, hamı. [Mirzə Heydər:] Cəmi aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. Haşım.. az bir zamanda fəhləlikdən çıxıb Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu. B.Talıblı.
// Bütün, tamam. Səs əvvəl [Zeynalın]...

CƏMİ-CÜMLƏTANI (ID - 5894)

zərf Cəmisi, ancaq. O zaman bu kənddə cəmi-cümlətanı 15-20 tüstü var idi. S.Rəhimov. Ağsaqqallardan biri də cəmi-cümlətanı otuz yaşı olan Polad idi. S.Rəhman. [Rəşid:] [Bəyim xala] cəmicümlətanı iki kərə mənim suallarıma...

CƏMİSİ (ID - 5895)

zərf Ancaq, yalnız, vur-tut. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. Hacı Səmsamın cəmisi üç kəndi vardı. P.Makulu.

CƏMİYYƏT (ID - 5896)

is. [ər.] 1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq). - [Aşıq:] Sağ olun, əziz yoldaşlar,...

CƏMİYYƏTÇİ (ID - 5897)

is. Cəmiyyət xadimi; cəmiyyəti, xalqı sevən, ona xidmət edən adam, ictimai xadim. Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. C.Cabbarlı.

CƏMİYYƏTÇİLİK (ID - 5898)

is. Cəmiyyəti, xalqı sevmə, ona xidmət etmə.

CƏMİYYƏTDƏNQAÇAN (ID - 5899)

sif. Adamlara isinişməyən, yaxmlaşa bilməyən, onlarla ünsiyyət bağlamayan, üns tutmayan. Cəmiyyətdənqaçan adam.

CƏMİYYƏTƏZİDD (ID - 5900)

sif. Cəmiyyətə, cəmiyyətin mənafeyinə zidd olan, yabançı olan. Cəmiyyətəzidd hərəkət.

CƏMİYYƏTİ-XEYRİYYƏ (ID - 5901)

bax xeyriyyə cəmiyyəti (“xeyriyyə”də).

CƏMİYYƏTPƏRƏST (ID - 5902)

[ər. cəmiyyət və fars. pərəst] bax cəmiyyətçi.

CƏMİYYƏTPƏRƏSTLİK (ID - 5903)

bax cəmiyyətçilik.

CƏMİYYƏTŞÜNAS (ID - 5904)

is. [ər. cəmiyyət və fars. . ..şünas] Cəmiyyət elmləri mütəxəssisi. ..[Həyatı] dərindən və hərtərəfli öyrənib ümumiləşdirməli olan cəmiyyətşünas alimlərin, ilk növbədə iqtisadçıların qarşısına böyük və təxirəsalınmaz...

CƏMİYYƏTŞÜNASLIQ (ID - 5905)

is. Cəmiyyət haqqındakı elmlərin məcmusu.

CƏMLƏMƏ (ID - 5906)

“Cəmləmək”dən f.is.

CƏMLƏMƏK (ID - 5907)

CƏMLƏNMƏ (ID - 5908)

“Cəmlənmək”dən f.is.

CƏMLƏNMƏK (ID - 5909)

f Bir yerə yığılmaq, bir yerə toplanmaq, bir yerdə mərkəzləşmək. [Ərəstunun] fikirləri yenə öz dastanı üzərində cəmləndi. S.Rəhimov. Bütün duyğularım gözümə cəmlənmişdi. Mir Cəlal.

CƏMLƏNMİŞ (ID - 5910)

f.sif. Bir yerə toplanmış, bir yerə yığılmış, bir-birinin üstünə qoyulmuş. Prokuror mizin üstündə cəmlənmiş yetmiş iki min manatı [muzdura] göstərib rus dili ilə bir-iki söz dedi. S.M.Qənizadə.

CƏMLƏŞDİRMƏ (ID - 5911)

“Cəmləşdirmək”dən f.is

CƏMLƏŞDİRMƏK (ID - 5912)

f. Cəmləmək, mərkəzləşdirmək. Bütün diqqətini [Xəlil] bir nöqtədə cəmləşdirdi. M.Hüseyn. Qız dik Eyvazın gözlərinə baxır, sonra ani olaraq, ya kəndlərinə tamaşa edir, yaxud Qaratəpənin tapdaq yerlərinə nəzər salıb təkrar...

CƏMLƏŞMƏ (ID - 5913)

“Cəmləşmək”dən f.is.

CƏMLƏŞMƏK (ID - 5914)

f. Bir yerə toplanmaq, bir yerə yığılmaq, cəm olmaq. [Salman bəy:] Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə dərdlilər cəmləşib. N.Vəzirov. Dəstə bir yerə cəmləşər, bir “ana ” seçərdi. H.Sarabski.

CƏNAB (ID - 5915)

is. [ər.] 1. köhn. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam. Bir cənab içəri daxil oldu. Bu cənab kimdir?
// Ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir. Biz axund cənablarının...

CƏNAZƏ (ID - 5916)

is. [ər.] Kəfənə tutulmuş ölü; meyit. Həcər Mehdinin cənazəsi üstünə düşüb, göz yaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”.
// Tabut. Müəllimənin cənazəsini qoymaq üçün Tərlan dərs otaqlarından birini...

CƏNCƏL (ID - 5917)

1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər. [Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı. 'Fotoqraf.. özünü cəncəl işlərdən uzaq tuturdu.....

CƏNCƏLÇİ (ID - 5918)

sif. Cəncəl salan, qalmaqal salan, cəncəl, böhtançı, fıtnəkar, cəncəl salmağı sevən, davakar. Çox cəncəlçi adamdır.

CƏNCƏLLİ (ID - 5919)

sif. Davalı, dava-dalaşlı, qalmaqallı; çox qarışıq, çox dolaşıq, çox mübahisəli, başağrısına səbəb olan. Müqim bəy Cavanşir rütbəyə nə qədər susasa da, indiki zamanda bu rütbə ona daha çox cəncəlli görünürdü. S.Rəhimov.
...

Bu səhifə dəfə baxılıb

......