CƏLB[ər.] Özünəçəkmə, cəzbetmə.
Cəlb etmək - 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək. - [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim. Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərəkdeyirdi.. S.Vəliyev; 2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək. - [Dəmir Ataşa:] Urək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Vəliyev; 3) məc. Maraq oyatmaq, diqqətini çəkmək. [Rüstəmbəy] ..bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Çəmənzəminli. Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|