İzahlı lüğət

CƏLLAD

is. [ər.] 1. Ölüm hökmünü icra edən adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. “Koroğlu”. ..Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı).
məc. Qaniçən, qəddar, mərhəmətsiz adam. [Rəhim:] Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Ə.Haqverdiyev. [Dərviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbəyoğlu.
məc. klas. Gözəlin məftunedici qaşlarına, gözlərinə işarə. Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......