İzahlı lüğət

CƏMLƏŞDİRMƏK

f. Cəmləmək, mərkəzləşdirmək. Bütün diqqətini [Xəlil] bir nöqtədə cəmləşdirdi. M.Hüseyn. Qız dik Eyvazın gözlərinə baxır, sonra ani olaraq, ya kəndlərinə tamaşa edir, yaxud Qaratəpənin tapdaq yerlərinə nəzər salıb təkrar baxışını Eyvazın sifətində cəmləşdirirdi. Ə.Vəliyev.
□□ Özünü cəmləşdirmək - 1) fikrini, diqqətini, iradəsini bir şey üzərində mərkəzləşdirmək; 2) özünü toplamaq, özünü ələ almaq. Qoca xan özünü cəmləşdirdi. S.Rəhimov. Nərgiz dodağını gəmirib özünü cəmləşdirdi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed