İzahlı lüğət

CƏMİ

is. [ər.] Bütün, hamı. [Mirzə Heydər:] Cəmi aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. Haşım.. az bir zamanda fəhləlikdən çıxıb Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu. B.Talıblı.
// Bütün, tamam. Səs əvvəl [Zeynalın] qulaqlarında əcib bir halla cingildəyib, cəmi bədəninə sirayət etdi. Çəmənzəminli.
Cəmi(si), üst-üstə, ancaq. Onu cəmi bir neçə gündür tanıyıram. - Komandir Midhətin cəmi altı ay maşın sürdüyünü başa salır, düşmən “M-109”-ları ilə vuruşmağa ona icazə verə bilməyəcəyini təkrar edirdi. Ə.Vəliyev. [Qız] dünyada cəmi on səkkiz bahar görmüşdü. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CEM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed