İzahlı lüğət

CƏNAB

is. [ər.] 1. köhn. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam. Bir cənab içəri daxil oldu. Bu cənab kimdir?
// Ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir. Biz axund cənablarının fərmayişini axıradək təsdiq edirik. C.Məmmədquluzadə. [Səmişin:] ..Görünür, sən həmişə faytonda gəzmiş cənablardansan.. Qantəmir.
İmtiyazlı cəmiyyətə mənsub şəxslərə, eləcə də başqa dövlətlərin nümayəndələrinə və ya vətəndaşlarına nəzakətlə müraciət forması. Cənab səfir. Cənab general.
// Bəzən istehza, kinayə ilə deyilir. Bu cənablardan hər şey gözləmək olar. - [Mirzə Abbas:] Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və edə bilmərəm. C.Məmmədquluzadə.
Müsəlmanlarda: təzim ifadəsi olaraq Allahm, peyğəmbərlərin və ya müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilir; həzrət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed