
CƏLAYİ-VƏTƏN[ər.] Vətənindən ayrı düşmüş, dərbədər düşmüş, həyatını qürbətdə keçirən.
□ Cəlayi-vətən olmaq - vətənindən ayrı düşmək, yurdsuz-yuvasız olmaq, qürbətə düşmək, dərbədər düşmək. [Qurbani:] Nə müddətdi cəlayi-vətən olmuşam; Baş götürüb Gəncə deyib gedirəm. “Qurbani”. [Oxumuş adamların] heç biri şəhərimizdə baş çıxarda bilməyib, tamam cəlayi-vətən olmuşdular.. E.Sultanov. Paylaşın - Hamı bilsin
|