İzahlı lüğət

CƏNCƏL

1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər. [Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı. 'Fotoqraf.. özünü cəncəl işlərdən uzaq tuturdu.. S.Vəliyev.
2. Davakar, qalmaqalçı, öcəşkən, böhtançı, şər. Cəncəl adam. - [Mürşüd:] Sadığı gözləyirəm, bəs necə? O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı. S.Rəhman. [Çiyələk Hidayətə:] Cəncəl müştəri görməmisən.. Bayramov.
// is. Dava, qalmaqal, qovğa,
mübahisə. [Pəri Bəhrama:] Yenə nə olub, Saranın əhvalındanmı əhvalın qarışıb? Cabbarlı. Bunun nigahında da cəncəldən başqa bir şey görmədim. S.Rəhimov. [Zülfüqar:] Rayona təzə gəlmişəm, aqronomam. Sizin camaatın cəncəlini kəsməyə gəlmişəm. B.Bayramov.
□ Cəncəl çıxartmaq - səbəbsiz yerə dava salmaq, qalmaqal salmaq, qovğa salmaq. [Baxşı:] Canım, bir şey yoxdur, biz hələ burada çalıb oynayırdıq, bu oğlan gəldi, cəncəl çıxartdı. C.Cabbarlı. [Cəmilə] özilə həyatyoldaşı olacaq bir adamın .. ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq etməsinə bir məna verə bilməyirdi. S.Hüseyn. Cəncəl eləmək (salmaq) - dava eləmək (salmaq), qalmaqal salmaq. [Məşədi İbad Həsənqulu bəy və Həsən bəyə:] Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, çimibsiniz.. Ü.Hacıbəyov. Cəncələ salmaq - davaya salmaq, qalmaqala salmaq, pis, xoşagəlməz bir işə salmaq. [İmamyar Türbətə:] Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

C

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed