
CƏLDsif. 1. zərf Tez, iti, yeyin, dərhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çevrilmək. - Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb, cəldyerə atıldı. İ.Hüseynov.
□ Cəld tərpənmək - cəld hərəkət etmək, qabaqlamaq. Cəld tərpənsəydin, belə olmazdı. sif. Zirək, çevik, diribaş. Cəld uşaq. Hər ikisi qızların; Bir-birindən qəşəngdi; Biri sakit görkəmli; Biri cəlddi, ürkəkdi. M.Dilbazi. Paylaşın - Hamı bilsin
|