İzahlı lüğət

CIĞILTI (ID - 6020)

is. Qoz, fındıq, sərtqabıqlı şeylərin bir-birinə toxunmasından və ya basılıb əzilməsindən hasil olan səs.

CIĞIR (ID - 6021)

is. 1. Gediş-gəlişdən əmələ gələn ensiz, dar yol. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. İzzət qarı.. Qumru ilə bərabər oba altından keçib, yamacda burulan...

CIĞIRAÇAN (ID - 6022)

is. k.t. Torpaqda cığır açan və səpilən toxumun üstünü torpaqla örtən mexanizm (toxumsəpən və ya əkən maşınlarda).

CIĞIRDAŞ (ID - 6023)

is. 1. Bir yolla, bir yerdə gedən; yoldaş.
2. məc. Müvəqqəti olaraq, ya da zahirən hər hansı ictimai-siyasi hərəkata qoşulan, onunla ayaq-ayaq gedən adam. İnqilab cığırdaşları. Proletar ədəbiyyatı cığırdaşları.

CIĞLANDIRMA (ID - 6024)

“Cığlandırmaq”dan f.is.

CIĞLANDIRMAQ (ID - 6025)

f. Ütmək, üzdən yandırmaq, qarsalamaq.

CIĞLANMA (ID - 6026)

“Cığlanmaq”dan f.is.

CIĞLANMAQ (ID - 6027)

f. Ütülmək, üzdən yanmaq.

CIĞLIQ (ID - 6028)

is. Çoxlu cığ olan, cığ basmış yer.

CIQQ (ID - 6029)

is. Güllə səsi. Hər yaraqlanıb döyüşə çıxan, öldürəcəyəm deyən, bir də görürsən ki, cıqq eləmədən oldürüldü, düzə atıldı! S.Rəhimov.

CIQQA (ID - 6030)

is. [fars.] 1. Başın ön və yan tərəfinə tökülən tellər. Siyah zülfü dal gərdəndə bir qulac! Sona cıqqasıtək ucları qıyğac. Q.Zakir. Gülab qoxusu şairi nəşələndirdi. Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri...

CIQQALI (ID - 6031)

sif. Cıqqa taxmış, başında cıqqa olan.

CIQQILI (ID - 6032)

bax cıbbılı. Cıqqılı sırğa. Cıqqılı üzük. - Ələmdar gördü ki, bir nazlı xanım xeyli qızıl sayıb bu daş-qaşdan tək bircə cıqqılısını alır.. S.Rəhimov.

CIQQILTI (ID - 6033)

is. Ağac sınarkən çıxan səs. Budağın cıqqıltısı gəldi.

CIQQIR (ID - 6034)

cıqqır çıxmamaq - qətiyyən səs çıxmamaq, susmaq. [Müqim bəy:] Mən böyük olan mahalda gərək alt-üst bir cıqqır çıxmasın, lələ! S.Rəhimov. Cıqqırını çıxarmamaq (çəkməmək) - heç dinməmək, qətiyyən səsini çıxartmamaq,...

CIQQIRIQ (ID - 6035)

bax cıqqır.

CILDIR-CILDIR (ID - 6036)

b ax gildir-gildir.

CILFIR (ID - 6037)

sif. dan. Qeyri-ciddi, hər işə yüngül yanaşan, səthi düşünən, danışığını bilməyən, bambılı. Cılfır adam.

CILXA (ID - 6038)

sif. Xalis, səlt. Ət cılxa yağdır.
// Qatışıqsız, qarışıqsız. Cılxa süd.

CILXACA (ID - 6039)

bax cılxa. [Gülnisə:] Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? Ə.Haqverdiyev.

CILIZ (ID - 6040)

sif. 1. Çox arıq, balaca, zəif, sısqa, cansız, ölüvay. Cılız uşaq. Cılız qız.
..Müstəntiq arıq, cılız çiyinlərini çəkəçəkə, təlaşla içəri girib əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı....

CILIZLANMA (ID - 6041)

“Cılızlanmaq”dan f.is.

CILIZLANMAQ (ID - 6042)

bax cılızlaşmaq.

CILIZLAŞMA (ID - 6043)

“Cılızlaşmaq”dan f.is.

CILIZLAŞMAQ (ID - 6044)

f Get-gedə balacalaşmaq, cılız olmaq, sısqalaşmaq. Uşaq lap cılızlaşıb.
// məc. Əvvəlki keyfiyyətini, sanbalmı itirmək.

CILIZLIQ (ID - 6045)

sif. Cılız olma; cılız adamın, şeyin halı; sısqalıq. Cılızlığından uşağın yaşı bilinmir.

CINAQ (ID - 6046)

is. Kürəklə döş qəfəsini birləşdirən sümük. Səbirlə hər şeyi öyrənmək olar, deyə, Yusif tüfəngi cınağına alıb qabağa düşdü. B.Bayramov.

CINAQLI (ID - 6047)

sif. Kürəkli, sümüklü, şaqqalı. Cınaqlı oğlan. - [Xanməmməd:] [Səfər] iyirmi-iyirmi iki yaşında olar, amma zalım cınaqlı şeydir. Çəmənzəminli.

CINDA (ID - 6048)

is. dan. 1. Əxlaqsız, pozğun qadın.
Bax cındır. Cavahir cında içində olar. (Ata. sözü).

CINDIR (ID - 6049)

sif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış. Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü....

CINDIRÇI (ID - 6050)

is. İşə yaramayan, köhnəkürüş, yıpranmış pal-paltarı və s. yığıb satmaqla məşğul olan adam.

CINDIRLAŞMA (ID - 6051)

“Cındırlaşmaq”dan f.is.

CINDIRLAŞMAQ (ID - 6052)

f Çox işlənməkdən, geyilməkdən tamamilə yararsız hala gəlmək, cırılmaq, yırtılıb-dağılmaq, yıpranmaq. Üstbaşı lap cındırlaşıb.

CINDIRLI (ID - 6053)

sif. Üst-başı cındır olan. Cındırlı adam.

CINDIR-MINDIR (ID - 6054)

top. dan. Cındır-cındır olmuş, dağılmış pal-paltar və s.
// Əsgi-üsgü. Cındır-mındırı yığıb atmaq

CINQ, CINQ-CINQ (ID - 6055)

b ax cınqıltı.

CINQILDAMA (ID - 6056)

“Cınqıldamaq”dan f.is.

CINQILDAMAQ (ID - 6057)

f Cınqıltı çıxarmaq, cınqıltı səsi çıxarmaq, cmq-cmq eləmək.

CINQILDATMA (ID - 6058)

“Cınqıldatmaq”dan f.is.

CINQILDATMAQ (ID - 6059)

f Cınqıltı səsi çıxartmaq. Qabları bir-birinə vurub cınqıldatmaq. Xırda pulları cınqıldatmaq.

CINQILI (ID - 6060)

b ax cumbulu.

CINQILTI (ID - 6061)

is. Dəmir və b. metal şeyin başqa bir şeyə və ya bir-birinə toxunarkən çıxardığı səs. Zəncir cınqıltısı. - [Məşədi Səttar:] Cibindəpulun cınqıltısını eşidib dedi ki, gərək gedib, ağanı ziyarət eləyəm. Ə.Haqverdiyev....

CINQIR (ID - 6062)

CINQIROV (ID - 6063)

bax zınqırov.

CIR (ID - 6064)

sif. 1. İnsan əli ilə deyil, təbii şəraitdə, öz-özünə bitən. Cır ağac. - [Yusif aqronoma:] Meyvə bağı deyiləndə, bax, bu çayın qaşındakı iyirmi-otuz cır alma-armud ağacıdır. B.Bayramov. Bizim cır alçanın gülləri kimi;...

CIR-CINDA (ID - 6065)

bax cır-cındır. [Kərbəlayı Eyvaz Dümisəyə:] Dur, cır-cındanı yığ, gedək qazının yanına, səni boşuyuram. Çəmənzəminli. Üst-başından çəkmə mazı və cır-cında iyi gələn yekəpər bir kişi içəri girdi. H.Seyidbəyli.

CIR-CINDIR (ID - 6066)

bax cındır-mındır. ..Qapıdan cır-cındır içində, saqqal-bığ basmış bir adam girdi. Çəmənzəminli. ..[Mahmudun] başına qoyduğu çalma isə cır-cındırdan olurdu. S.Vəliyev.

CIRCIRAMA (ID - 6067)

is. zool. Əlvan qanadları uçarkən cır-cır səsi verən uzungövdəli cücü. Cırcırama yaz, bahar; Nəğmə oxur biqərar. A.Səhhət. Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İ.Əfəndiyev.
□...

CIRDIRMA (ID - 6068)

“Cırdırmaq”dan f.is.

CIRDIRMAQ (ID - 6069)

icb. Cırmağa məcbur (vadar) etmək. Kağızı cırdırmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed