CINDIRsif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış. Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü. S.S.Axundov. [Toxucuların] əksəriyyəti .. cındır çit çadralara bürünmüş qadınlar idi. Ə.Məmmədxanlı.
// is. mənasında. Əsgi parçası, yıpranmış, yırtılmış, cındır hala gəlmiş paltar və s. □□ Cındırından cin hürkür - üst-başı tamam tökülmüş, cın-cındır geyinmiş adam haqqında. Gözünə girsin, .. o vaxt cındırından cin hürkürdü, indi forma geyib nəçərnik olmusan. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|