İzahlı lüğət

CIR

sif. 1. İnsan əli ilə deyil, təbii şəraitdə, öz-özünə bitən. Cır ağac. - [Yusif aqronoma:] Meyvə bağı deyiləndə, bax, bu çayın qaşındakı iyirmi-otuz cır alma-armud ağacıdır. B.Bayramov. Bizim cır alçanın gülləri kimi; Yerin sinəsinə səpələnir qar. Ə.Kürçaylı.
məc. Nazik və qıcıqlandırıcı. Ə, topal ha deyilsən! - deyə, pərt olmuş Əlləzoğlu cır səslə arvadına təpindi. İ.Hüseynov.
məc. Tez hirslənən, tez özündən çıxan, kəmhövsələ, tünd. Çox cır adamdır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......